Moderator.az xəbər verir ki, xalq və bəstəkar mahnılarının
mahir ifaçısı, tanınmış müğənni Gülay Zeynallı ilk dəfə özünü pop janrında
sınayıb. "Mən səninləyəm" adlı mahnını sevənlərinə təqdim edən Gülay,
uğurlu layihəsi haqqında oxucularımızı belə məlumatlandırdı:
"Sənətə gəldiyim gündən hər zaman çalışmışam
ki, öz dəsti-xəttimlə addımlayım. Allahıma çox şükür edirəm ki, fəaliyyətim
boyu yetərincə uğurlar qazanıb, yeni nəsil ifaçılar arasında seçilməyə müvəffəq
olmuşam.
Gülay olaraq repertuarımda yer alan mahnılar bu gün
tamaşaçı rəğbətinə səbəb olursa, deməli az iş görməmişəm.
Bəli, ilk dəfə özümü sırf pop-janrında sınamağa qərar
verdim. Söz və musiqisi Nazim Məmmədova məxsus olan "Mən səninləyəm"
bəstəsi üzərində peşəkar bir komanda çalışıb.
"Baku Strings" kaman qrupunun üzvlərinin fərqli
çalğısını, peşəkar gitara ifaçısı Altan Turan öz improvizələri ilə tamamlayıb.
Mahnının aranjemanını və Mix masteringini istedadlı musiqiçi Fərid İman edib.
"FDS production"un məhsulu olan"Mən səninləyəm"
cəmi iki gün Youtube kanalına yerləşdirilsə də yetərincə dinləyici marağına səbəb
olub. Əminəm ki, oxucularınızda xoş təəssürat yaradacaq".
Gülay açıqlamasının sonunda onu da vurğuladı ki, çox
yaxın vaxtlarda bu mahnıya fərqli klip də çəkdirəcək.
Oxucularımız üçün sözügedən mahnını yayımlayırıq.
FOTO, VİDEO" src="//moderator.az/fotobaza/original/2354.jpg">FOTO, VİDEO" src="//moderator.az/fotobaza/original/2355.jpg">FOTO, VİDEO" src="//moderator.az/fotobaza/original/2356.jpg">FOTO, VİDEO" src="//moderator.az/fotobaza/original/2357.jpg">FOTO, VİDEO" src="//moderator.az/fotobaza/original/2358.jpg">