Millət vəkili, iqtisadçı ekspert Vahid Əhmədov Moderator.az-a açıqlamasında Putinin emissarı qismində Bakıya təşrif buyurmuş Vladimir Jirinovski barədə fikirlərini bildirib:
"Jirinovskinin Azərbaycana gəlməsinə cəmiyyətdə mövqe birmənalı deyil. Heç kimə sirr deyil ki, Jirinovski Putinin danışan dilidir. Onun gözlənilmədən Bakıda peyda olmasında da yəqin ki, bir gizli müəmma var. Amma onu da nəzərə almaq lazımdır ki, Jirinovski Rusiyada və bütün dünyada sözünü deyən adam kimi ad çıxarıb. Amma bir şəxsiyyət kimi mən heç vaxt onu qəbul etməmişəm və indi də qəbul etmirəm, etmək fikrim də yoxdur. Təbii, ola bilsin dövlətçilik maraqları naminə dövlət başçısı və Milli Məclisin sədri onu qəbul edərək dinləyib. Buna baxmayaraq bu adam bizim barəmizdə nə qədər xoş sözlər desə də yenə də o Azərbaycanda ancaq Kremlin sözünü deyəcək, ona görə də ona etibar etməyə dəyməz."
Qeyd edək ki, Vahid Əhmədovla maraqlı açıqlamalarıyla zəngin geniş müsahibəni sabah saytımızda oxuya bilərsiniz.