Ədliyyə Nazirliyi Penitensiar Xidməti son vaxtlar qurum haqqında dəqiləşdirilməmiş məlumatların yayılmasından narahatlığını aşağıdakı formada ifadə edib:
"Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri barədə təsdiqini tapmamış və yoxlanılmamış məlumatlar dərc olunmaqdadır. Bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığı dəfələrlə bəyan edilib. Subyektiv hisslərdən irəli gələn bu cür məlumatların yoxlanılmadan və aidiyyəti orqanlarla dəqiqləşdirilmədən yayılması ictimaiyyətdə təşviş və həyacan yaratmağa yönəlib.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, ictimaiyyətdə təşviş yaratmağa yönəlmiş bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir, jurnalist etikasına və peşəkarlığa ziddir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin mətbuat məsələləri üzrə köməkçisi Yaşar İsakov KİV nümayəndələrinin xidməti sahə ilə bağlı istənilən sualını şöbənin elektron ünvanı, (012) 598-46-85 şəhər və (077) 235-37-37, (050) 280-80-18 mobil telefon nömrələri vasitəsilə cavablandırmağa hər zaman hazırdır."