Moderator.az xəbər verir ki, 30 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, “Maneəsiz Həyat” layıhəsi çərçivəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi tərəfindən Sumqayıt Paralimpiya idman kompleksində qadınlar və kişilər arasında güllə atıcılığı üzrə paralimpiyaçıların II Azərbaycan açıq çempionatı keçirilib. Yarışda həm paralimpiyaçı həm də olimpiyaçı idmançılar öz güclərini sınamışlar. Ümumilikdə 30 nəfər idmançının qatıldığı yarışda qadınlar arasında Milli komandanın idmançısı ÂÂÂÂÂÂÂÂÂÂÂÂÂÂÂÂÂİradə Haşımova 377 xalla birici, Paralimpiyaçı Yelena Taranova 373 xalla ikinci, Milli komandanın idmançısı Mehtiyeva Ziba 371 xalla üçüncü yerə, kişilər arasında isə Paralimpiyaçı Kamran Zeynalov 571 xalla birinci, Paralimpiyaçı Muradov Əkbər 559 xalla ikinci, Milli komandanın idmançısı Beytulov Zakir 556 xalla üçüncü yerin sahibi olmuşdular. Qaliblərə diplom, medal və qiymətli hədiyyələri təqdim olundu.