Ya "Quran" yalandır, ya Füzuli kafirdir...
Ədəbiyyat
Oxunub: 9194
30 Aug 2014 | 18:40
Ya

Moderator.az ADP sədri Sərdar Cəlaloğlunun 1937.az saytına müsahibəsini təqdim edir: 



”“ Sərdar bəy, Füzuli 500 ildir yaşayır. Sizcə, çox deyil?

”“ Biz yaradıcı adamlara həmişə büt kimi baxmışıq. Onları tənqid eləməyə qorxmuşuq. Füzuli gözəl şeir yazıb və onun bütün fikirlərini də olduğu kimi qəbul eləmişik. Amma bilməmişik ki, Füzulidə elə fikirlər var ki, bizim üçün ziyanlıdır və zərərlidir.

”“ Yəni...

”“ Yəni biz Füzulinin o fikirlərini qəbul eləməli deyilik. Çünki o fikirlər bizi çaşdırır, bizi düzgün tərbiyə eləmir. Biz Füzulinin içindəki zəhərləri neçə yüz illərdir içirik.

”“ Məsələn, konkret faktlarla danışaq...

”“ Konkret bir misal çəkim. Ərəbcə yazılmış “Mətləül-etiqad” əsəri Füzulinin fəlsəfi fikirlərindən ibarətdir. Orda Füzuli deyir, guya Peyğəmbər deyib ki, sirr elmini öyrənin. Mən də sirr elmini öyrəndim ”“ əl-kimya, astrologiya, terekuriya... Və bunların əsasında da şərh eləməyə başladım.

”“ Aha...

”“ Mən o əsərdə görürəm ki, Füzuli kafir düşüncəsinə gəlib çıxır. Füzuli kafirdir. Falesdən yazır. Deyir, Fales sofistdir. Sofist nə deməkdir? Yəni bir yalanı o qədər gözəl və dəqiq danışır ki, mən ona inanıram, altındakı yalanı görmürəm. Məsələn, Fales deyir dünya sudan əmələ gəlib. Füzuli gör nə qədər yanlışlığa gəlib çıxır. “Mətləül-etiqad”da deyir ki, “Qurani-Kərim”in filan ayəsində yazılıb ki, Allahın taxtı və yer-göy suyun üstündədir. Bu o deməkdir ki, Faleslə Füzulinin sözü üst-üstə düşür. Onları fikirləri eynidirmi?

”“ Aha...

”“ Deməli, buradan məntiq çıxır ki, ya Fales sofist deyil...

”“ Yəni Fales sofist deyil, həqiqəti deyir.

”“ Ay sağ ol. Fales sofist deyil, həqiqəti deyirsə, onun sözü “Qurani-Kərim”in sözü ilə eynidirsə, deməli, “Quran”ın özü sofistikadır. Belə çıxır ki, ya “Quran” yalandır, ya da Füzuli kafirdir.

”“ Çox qəliz məsələdir.

”“ Mən demirəm, “Quran” yalandır. Sadəcə, Füzuli yanlışdır. Axı “Quran”da elə bir şey yoxdur ki, Peyğəmbər desin, sirr elmini öyrənin. Əksinə, Peyğəmbər deyir ki, sirr elmindən uzaq durun. Onlar iblisin elmləridir. Tutalım, astrologiyanı götürək: ulduzlara bax gör sabah mənim əlimə nə gələcək, ovsunla, filankəsi bağla, filan oğlanın bəxtini aç, seks belə gəldi, seks belə getdi, fal, yuxu, nə bilim, zir-zibil... Bunlar həm dünyəvi, həm də İlahi elmə zidd olan şeylərdir.

”“ Hamısı iblisin əməlidir.

”“ Bəli... Hamısı iblisin çaşdırmalarıdır. Axı bizim elm haqqında təsəvvürlərimiz çox məhduddur. Biz elə bilirik ki, elm birdir. Üç cür elm var. Dünyəvi elm ”“ obyektiv gerçəkliyi həqiqətlərlə ifadə eləyən elm. İlahi elm ”“ Allah. Və iblisin elmi. Bu, nə dünyəvi elmdir, nə də İlahi. Hal-hazırda Uilsonun kitabını oxuyuram. Guya romandır. Stolumun üstündədir. Başdan-ayağa iblisin təlimini təbliğ eləyir. Bir məlumatsız adam olsa, o kitabı oxusa, çox ləzzət eləyəcək.

”“ Niyə?

”“ Çünki orda çox maraqlı şeylər var. Amma o kitab səni həm dindən, həm də dünyəvi elmlərdən qoparır. Məsələn, Uilsonun həmin kitabının ideyası budur ki, guya başqa planetdə insanlar var, onlar vaxtilə bura gəlib həyatın əsasını qoyub çıxıb gediblər. O insanların ağılı həmin planetlərin arasında yenə yaşayır. Guya bizi hələ də o ağıl idarə edir. Bizim ağlımızın onlarla əlaqəsi var.

”“ Baxırsan ki, ilk baxışda adama maraqlı görünür.

”“ Maraqlı olmağına maraqlıdır. Axı gic-gic şeylər adama maraqlı görünür. Amma təhlil eləyəndə baxırsan ki, dinə ziddir. Məsələn, Allah deyir ki, mən insan yaratmışam, yerə göndərmişəm, sonra da bir-birindən törəyib. Bu isə deyir ki, insan başqa planetdən gəlib. Baxırsan ki, dünyəvi elmlərə də ziddir. Məsələn, deyir ki, bu dünya yoxdur, bunu biz özümüz yaradırıq. Yəni öz beynimizin məhsuludur. Ona görə də nə qədər insan varsa, o qədər də dünya var. Kitabda belə gic-gic şeylər aşılayır. Və buradan da insanı yanlış yola aparan ideyalar verir.

”“ Maraqlıdır, ədəbiyyata niyə elmin pəncərəsindən baxırsınız?

”“ Mənim üçün ədəbiyyat primitiv elmdir. Sənə sual verirəm. Özün ədəbiyyatçısan. De görüm ədəbiyyat nədir?

”“ Bilmirəm.

”“ Mən həyatda görə bilmədiyimi yazıçı görür. Mən oxucuyam. Pəncərəyə baxır, pəncərənin o üzündə ağaca baxır, ağacın üstündə quşa baxır, bunları yazır və bu da ədəbiyyat olur. Yəni ədəbiyyat mənim iştirak eləmədiyim təcrübəni mənə verib, məndə bilik yaradır. Məndə hiss yaradır, duyğu yaradır. Məsələn, mən heç vaxt sualtı qayıqda olmamışam, amma Jul Verni oxumuşam deyə elə bilirəm, sualtı qayıqda olmuşam. Elə bilirəm, orada yaşamışam. Və yaxud Aya səyahət eləməmişəm, amma “Aya səyahət” əsərini oxumuşam. Ədəbiyyat yarımbilik deməkdir. Ən əhəmiyyətsiz ədəbiyyat da mütləq adama bilik verir. Oxuyanda hansısa hissləri yaşayırsan.

”“ Məsələn, Baba Vəziroğlunun şeirlərini oxuyanda hansı hissləri yaşayırsınız?

”“ Açığın deyim ki, onun şeirlərini oxumamışam.

”“ Bəs Anarın “Ağ qoç, qara qo甝 əsərini oxuyanda hansı hissləri yaşamısınız?

”“ Mənim aləmimdə ədəbiyyat xeyiri o qədər şişirtməlidir ki, oxucu onu görə bilsin. Bir rəssam it şəkli çəkirsə və o itin şəklini olduğu kimi çəkirsə, bundan nə it bir şey qazanır, nə incəsənət, nə də həyat. Bir it əvəzinə iki it olur, vəssalam! Amma bir rəssam o itin elə bir vəziyyətini çəkirsə ki, onu çox nadir hallarda tutmaq olar, bax bu, olur əsər.

”“ Sənət...

”“ Sənət olur. Ədəbiyyat da adi bir insanın tuta bilmədiyi, əhəmiyyət vermədiyi bir şeyi o qədər qabardır ki, sən o dəyərə fikir verməyə başlayırsan.

”“ Sərdar bəy, sizcə, Heminquey “Qoca və dəniz”də nə demək istəyir?

”“ O əsər çatılmayan arzu deməkdir. Məsələn, bizdə də elə olur, bir arzuya yaxınlaşırıq, yaxınlaşırıq, elə bilirik, əlimizdədir, amma axırda görürsən ki, arzun əlindən çıxdı. Mənim təsəvvürüm belədir ki, “Qoca və dəniz” qələbəylə məğlubiyyətin sintezidir. Yəni balıq tutur, sevinir, düşünür ki, hər şey yaxşıdır, sonra da gəlib köpək balığı onu yeyir və hər şey bitir.

”“ Qələbə və məğlubiyyət...

”“ Heç kim qalib olduğu an məğlubun keçirdiyi hissi yaşaya bilmir deyə amansız və təkəbbürlü olur. Və məğlub da qalibin keçirdiyi hissləri yaşaya bilmədiyinə görə həyatdan küsür və depressiyada olur. Amma məğlub olan vaxtda qaliblik hissini yaşaya bilsən, qalib olan vaxtda da məğlubluq hissini yaşaya bilsən, əsl insan olarsan. Çox təəssüf ki, bunu yaşamaq mümkün deyil. Mənə elə gəlir ki, “Qoca və dəniz”də bu iki hissin sintezi verilir.



”“ Mən sənə deyim: birtərəfli inkişaf yoxdur. Tutaq ki, Azərbaycanda iqtisadiyyat inkişaf eləyir, elm-mədəniyyət inkişaf eləmir. Və yaxud filan sahə inkişaf eləyir, amma filan sahə inkişafdan qalır. Belə şey yoxdur. Mədəniyyət də, elm də, tarix də, iqtisadiyyat da paralel inkişaf eləyir. O cümlədən, xalqın özü ilə bərabər inkişaf eləyir.

”“ Onda...

”“ Ədəbiyyat həm də insanın yaşamasına kömək eləyir. Məsələn, bir insan kitab oxuyur, orada öz vəziyyətinə düşmüş bir qəhrəmanın həyatını görür. Həmin qəhrəman vəziyyətdən necə çıxır, necə çıxış yolları axtarır, tapır. Oxucu da oxuyub özünü orada görür.

”“ Sərdar bəy, xahiş edirəm, bir kitab adı deyin, bilək ki, sizin zövqünüzü hansı kitab oxşayır... Bayaqdan hər şeyi tənqid edirsiniz.

”“ Azərbaycanda?

”“ Bəli...

”“ Məsələn, İsmayıl Şıxlının “Dəli kür” romanını həddindən artıq çox sevirəm və bir neçə dəfə oxumuşam.

”“ Sonra...

”“ Məndə qlobal mövzulara daha çox maraq olur. Ona görə də daha çox çalışıram ki, qlobal mövzuda yazılmış əsərləri oxuyum.

”“ “Dəli kür”də nə qlobal mövzu var ki?

”“ “Dəli kür” Azərbaycan müstəqilliyinin itirilməsi ərəfəsində yazılmış bir kitabdır. Orada, əslində, Azərbaycan xalqının itməsindən söhbət gedir. Biz xalq kimi itirik. Cahandar Ağa orada köhnə dəyərlərin daşıyıcısıdır. Amma rus Əhməd və onun gətirdiyi mədəniyyət əsərin axırında rus meşəsində kef eləyir və Cahandar da kürün qırağında ölür. Bu, təkcə Cahandarın meşəsinin işğalı deyildi. Bu Azərbaycan mədəniyyətinin, Azərbaycan xalqının, etnosunun işğalı idi.

”“ İsa Hüseynov...

”“ İsa Hüseynovun yaradıcılığı əl-kimyaçılıqdır. İsa Hüseynov əl-kimyaçıdır. Əl-kimyaçılıq da yanlış bir yoldur, zərərli bir şeydir. Mən bu stili qəti qəbul etmirəm.

”“ Deyəsən, sizin gözünüzdə Azərbaycan ədəbiyyatı yoxdur.

”“ Var. Hansısa tarixi romanlardan, məsələn, Ordubadidən, Əlisa Nicatdan danışmaq olar. Amma bütövlükdə Azərbaycanda bəşəri dəyərlərdən, qlobal mövzudan bəhs eləyən ədəbiyyat yoxdur. Tutaq ki, bir dənə azadlığa həsr olunmuş, azadlıq dəyərindən bəhs eləyən əsər yoxdur.

”“ Afaq Məsud o boyda “Azadlıq” romanı yazıb...

”“ Oxumamışam.

”“ Yaxşı ki, oxumamısınız...

”“ Əsərin adını “Azadlıq” qoymaqla deyil. Azadlıq nə qədər qiymətli nemətdirsə, onun ifadəsi də bir o qədər dəyərli olmalıdır. Məsələn, mən sovet ədəbiyyatını ”“ Süleyman Rəhimovu, İlyaz Əfəndiyevi, Əli Vəliyevi və başqalarını yaxşı oxumuşam. Bunların hamısını Sovet adamı kimi oxumuşam və yadımda da Sovet adamı kimi qalıblar. İndi onların hamısını artıq yük hesab eləyirəm. Çünki onların təbliğ elədiyi ideyalarla yaşamıram.

”“ Dediniz ki, yeni ideyaları təbliğ eləyən cavanları da oxumuram.

”“ Sözün açığı, müasir ədəbiyyatımızı, cavan yazarları çox da oxumuram. Çünki vaxtım yoxdur. Düzü, heç inanmıram ki, son 20 ildə yaxşı əsərlər ortaya çıxsın. Biri var, deyəsən, adı Qaracadır. Bir jurnal gətirmişdi ”“ “Alatoran”. Oradan bir-iki şeirə baxdım, bir-iki hekayə oxudum. Ən yaxşı halda onu deyə bilərəm ki, çağdaş Azərbaycan ədəbiyyatı hələ bundan belə yaranmaq istəyir.

”“ Sizcə, səbəb nədir, niyə 20 ildə Azərbaycan ədəbiyyatı yaranmayıb?

”“ Azərbaycan ədəbiyyatında ağsaqqal yoxdur. Yəni ədəbiyyat ağsaqqalı yoxdur. Məsələn, elə adamlar var ki, müxtəlif rejimlərdə yaşayıblar, amma dəyişməyiblər. Onlar üçün bütün rejimlər eynidir. Onlar özlərini həmişə xalqın ruhunun üzərində magik bir qüvvə kimi saxlayıblar. Xalqın ruhunu nəzarət altında saxlayıblar. Ona görə də Azərbaycan ədəbiyyatı başsız bir şeydir.

”“ Bəs gənclər...

”“ Gənclərin də yazması üçün sosial sifariş yoxdur. Ədəbiyyatın özü də bazar prinsipinə tabe olmalıdır ”“ tələb və təklif. Gərək tələb ola ki, mən də o tələbə uyğun təklif verəm. Məsələn, sən çox gözəl roman yazırsan, amma oxuyan yoxdur. Camaatı maraqlandırmır. Və yaxud mən nə qədər elmi kitab yazıram, yazım. Oxuyan yoxdur. Oxuyan yoxdursa, ha yazım, nə mənası var? Ədəbiyyatın, mədəniyyətin inkişafı üçün birinci növbədə xalq mədəniyyət istehlakçısı olmalıdır. Hər bir adam aylıq maaşından 10 faiz ayırmalıdır ki, bu da mənim mədəni tələbatım üçün. Kitab, teatr... Necə ki, Sovet hökuməti vaxtında ən zəif şeiri belə camaat əzbərləyirdi. Yenə deyirəm, tələbat olmalıdır, oxucu olmalıdır. Oxucu yoxdursa, ədəbiyyatın inkişafından danışmaq mümkün deyil.

”“ Heç oxucuların, tamaşaçıların səviyyəsi də...

”“ Ümumiyyətlə, bir adam fərqlidirsə, düşünmürlər ki, bu, yaxşı mənada fərqlidir, yoxsa pis mənada. O saat üstünə hücuma keçirlər.

”“ Azərbaycan xalqının özünə məxsus bir mifi var və bu mifdən gələn adlar bu gün Azərbaycanda məşhurdur: Əsli, Şirin, Nigar və Həcər.

”“ Yeri gəlmişkən, Azərbaycan mahnılarında dörd dənə qadın obrazı var: Əsli, Şirin, Nigar və Həcər. Əsli erməni qızıdır. Nigarın nə adı azərbaycanlı adıdır, nə də türk milliyətinə aidiyyəti var. Amma Azərbaycan xalqının guya qadın simvoludur.

”“ Nədi-nədi Koroğluya arvad olub.

”“ Nigar nəyinə görə Azərbaycan qadınına nümunə göstərilir? Hansı qəhrəmanlığı eləyib? Bir döyüşdə iştirak eləməyib. Amma götürüb ədəbiyyata gətiriblər.

”“ Elə Koroğlunu da...

”“ Azərbaycan ensiklopediyasına bax gör Koroğlu kimdir? Koroğlu Səfəvilərə qarşı mübarizə aparan türkmən-monqol mənşəli qrupun nümayəndəsi olub. Və dəhşətlisi budur ki, Koroğlunun Azərbaycan variantı olmayıb. Çünki Koroğlu dastanında olan hadisələrin hamısı Azərbaycan dövlətçiliyinə qarşıdır. Və mənim xalqıma qarşı vuruşan bir adamı gətirib mənə qəhrəman eləyiblər. Yadelli qüvvələrə qarşı vuruşan adam qəhrəman ola bilər. Öz xalqının varlısına-kasıbına qarşı vuruşan adam qəhrəman deyil.

”“ Bəs Babək?..

”“ Babək kimdir? Onun adı Babokdur. Babok Hasan. Gör Babok hansı xalqa məxsus addır. Pakistan. Xürrəmilik atəşpərəstliyin İslamla sintezi idi. Hətta bunlar bir-biri ilə ünsiyyətə də imkan verirdilər. Yəni ata qızı ilə, ana oğlu ilə, bacı qardaşı ilə... Babək nə vaxtdan qəhrəman olub?

”“ Sərdar bəy, ümumiyyətlə, qəhrəmanlıq nə deməkdir?

”“ Fəlsəfədə də var. Qəhrəmanlıq elə bir insan ruhudur ki, o, özünün əməli ilə qəflətən elə bir yüksəkliyə qalxır ki, onun ruhu Allahın ruhunu görür və Allahın ruhu insanın ruhunu zərrələrə dağıdır. O zərrələr qayıdıb yerə tökülür. Bax o zərrənin birini götürüb öz ruhuna qatan adamın ruhunun keyfiyyəti dəyişir. Qəhrəmanın sonu ya yox olur, ya da döyüş səhnəsində həlak olur.

”“ Koroğlu isə...

”“ Koroğlu arvadını da vurur qoltuğuna deyir ki, gedək, tüfəng çıxdı, daha qəhrəmanlıq qurtardı. Belə qəhrəmanlıq olar? Getdi quldurluq elədi, sonra adi adam kimi qayıtdı. Yəni fəlsəfənin dediyi kimi yox olmadı.

”“ Bəs Babək?

”“ Babək xəlifədən üzr istədi. Xəlifə də onu bağışlamadı. Dedi, sən İslam dininə qarşı çıxmısan. Qəhrəman Babək deyildi, qəhrəman Bəzz qalasının özü idi. Çünki ora çıxmaq mümkün deyildi. Babəkin nəyi qəhrəman idi? Çənlibel özü qəhrəmandır. Koroğlu kimi qorxaq bir adam gedib Çənlibeldə gizlənirdi. Heç kim də gedib ora çıxa bilmirdi.

Oxşar xəbərlər
00:51, Bu gün
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR + YENİLƏNİB/VİDEO
00:47, Bu gün
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
00:46, Bu gün
Elnarə Abdullayeva dörd saatlıq toy üçün 14 min manat alıb? - AÇIQLAMA
00:07, Bu gün
Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edib
00:06, Bu gün
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
26 Apr 2024 | 23:56
Kişi, yoxsa qadın həkimlər daha yaxşıdır? - Tədqiqat
26 Apr 2024 | 23:38
Bayden həyat yoldaşı və qızının ölümündən sonra intihar barədə düşündüyünü deyib
26 Apr 2024 | 23:04
Avtosfer.az saytının 10 yaşı tamam oldu
26 Apr 2024 | 22:55
Elgizlə Zaur verilişlərinə getməyim üçün mənə pul verir - VİDEO
26 Apr 2024 | 22:48
Azərbaycanda kişi qadını gecə klubundan evə gətirib öldürdü - VİDEO
26 Apr 2024 | 22:40
Qəribə yerişi ilə məşhurlaşan vəkil: "Əxlaqsız təkliflər alıram"(VİDEO)
26 Apr 2024 | 22:38
May ayının əvvəlində Qəzza sahillərində süni ada peyda olacaq
26 Apr 2024 | 22:32
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - RƏSMİ AÇIQLAMA
26 Apr 2024 | 22:29
Ermənistanda aksiyalar davam edir - VİDEO
26 Apr 2024 | 21:47
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
26 Apr 2024 | 21:44
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
26 Apr 2024 | 21:42
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
26 Apr 2024 | 21:36
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
26 Apr 2024 | 21:30
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
26 Apr 2024 | 21:20
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
26 Apr 2024 | 21:15
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 21:02
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
26 Apr 2024 | 20:59
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
26 Apr 2024 | 20:57
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
26 Apr 2024 | 20:57
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
26 Apr 2024 | 20:54
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
26 Apr 2024 | 20:54
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
26 Apr 2024 | 20:43
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
26 Apr 2024 | 20:41
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
26 Apr 2024 | 20:38
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 20:37
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
26 Apr 2024 | 20:24
Azərbaycan cüdoçusu Avropa çempionu olub
26 Apr 2024 | 20:22
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 20:20
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
26 Apr 2024 | 20:18
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
26 Apr 2024 | 20:12
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
26 Apr 2024 | 20:07
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
26 Apr 2024 | 20:05
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
26 Apr 2024 | 20:00
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
26 Apr 2024 | 19:54
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
26 Apr 2024 | 19:51
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
26 Apr 2024 | 19:50
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 19:43
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
26 Apr 2024 | 19:40
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
26 Apr 2024 | 19:36
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
26 Apr 2024 | 19:30
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
26 Apr 2024 | 19:29
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
26 Apr 2024 | 19:23
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
26 Apr 2024 | 19:12
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
26 Apr 2024 | 19:04
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
26 Apr 2024 | 19:00
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
26 Apr 2024 | 18:59
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
26 Apr 2024 | 18:57
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
26 Apr 2024 | 18:53
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
26 Apr 2024 | 18:43
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
26 Apr 2024 | 18:36
Talıb Talenin toyu olacaq - VİDEO
26 Apr 2024 | 18:33
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
26 Apr 2024 | 18:29
“Cümü”yə 18 il həbs verildi
26 Apr 2024 | 18:23
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
26 Apr 2024 | 18:18
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
26 Apr 2024 | 18:13
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
26 Apr 2024 | 18:05
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
26 Apr 2024 | 18:00
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
26 Apr 2024 | 17:57
Bakının bir rayonunda qaz kəsiləcək
26 Apr 2024 | 17:55
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
26 Apr 2024 | 17:52
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
26 Apr 2024 | 17:48
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
26 Apr 2024 | 17:46
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
26 Apr 2024 | 17:44
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
26 Apr 2024 | 17:38
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
26 Apr 2024 | 17:35
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
26 Apr 2024 | 17:32
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 17:28
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
26 Apr 2024 | 17:24
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:20
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
26 Apr 2024 | 17:17
İranın bəzi əyalətlərini su basıb - VİDEO
26 Apr 2024 | 17:14
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
26 Apr 2024 | 17:11
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
26 Apr 2024 | 17:08
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
26 Apr 2024 | 17:05
Bakıda oğlunu öldürən ataya hökm oxundu
26 Apr 2024 | 17:00
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
26 Apr 2024 | 16:55
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
26 Apr 2024 | 16:49
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
26 Apr 2024 | 16:46
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
26 Apr 2024 | 16:42
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
26 Apr 2024 | 16:38
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
26 Apr 2024 | 16:35
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
26 Apr 2024 | 16:32
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
26 Apr 2024 | 16:28
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
26 Apr 2024 | 16:26
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
26 Apr 2024 | 16:24
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
26 Apr 2024 | 16:19
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
26 Apr 2024 | 16:15
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
26 Apr 2024 | 16:10
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
26 Apr 2024 | 16:05
Xocalı al lalələrlə bəzənib - FOTO
26 Apr 2024 | 16:02
​Nazim Quliyev həbs edildi
26 Apr 2024 | 16:00
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
26 Apr 2024 | 15:55
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
26 Apr 2024 | 15:50
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
26 Apr 2024 | 15:46
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
GÜNLÜK
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
26 Apr 2024 | 07:53
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26 Apr 2024 | 11:11
“Nə ölüsündə gəldiniz, nə dirisində yanında oldunuz, amma mahnılarını icazəsiz oxuyursuz”
26 Apr 2024 | 14:28
Bu gün Füzuli şəhərinə köçən ailələrə mənzillərinin açarları təqdim olundu - YENİLƏNİB + FOTO/VİDEO
26 Apr 2024 | 08:24
Ermənistan azərbaycanlı qaçqınların qayıtması ehtimalından çox ehtiyatlanır...- "Hraparak”
26 Apr 2024 | 06:37
İsrail bombardmanından sonra 1 yaşlı uşağın üzünə 200 tikiş qoyuldu və əli kəsildi...-VİDEO
26 Apr 2024 | 06:56
Onu çiy yemək lazımdır: Həkim çuğundurun  kişilərə təsirini açıqladı
26 Apr 2024 | 06:20
Hər gün südlü çay içən qadın böyrəyini itirmək  təhlükəsi ilə üzləşib
26 Apr 2024 | 07:45
“Bir telefon zəngi...”- Sikorski Ukraynadakı müharibəni bitirməyin yolunu söylədi...
26 Apr 2024 | 07:00
Trampın komandası həmin dövlətləri SƏRT CƏZA İLƏ HƏDƏLƏDİ