Azərbaycan-Gürcüstan sərhəddində gürcü yetkililəri tərəfindən aşkarlanan 3 tonluq narkotik işinin aqibəti ilə bağlı əlaqədar qurumların ölkə ictimaiyyətinə heç bir açıqlama verməməsi cəmiyyətdə birmənalı qarşılanmış deyil. Bəzi vətəndaşlar hesab edir ki, ictimaiyyətin bununla bağlı məlumatlandırılmaması Azərbaycan hakimiyyətində təmsil olunan bəzi qüvvələrin bu məsələdə maraqlı olmaması ilə bağlıdır.
Moderator.az-a açıqlama
verən hüquqşünas Müzəffər Baxışov isə hesab edir ki, 3 tonluq narkotikin sirrinə
Gürcüstanın istintaq orqanları aydınlıq gətirəcək:
“ 3 tonluq narkotiklə
bağlı ən biabırçı məqam bundan ibarət oldu ki, bu fakt Azərbaycan əraziisndə
aşkar edilmədi. Hansı ki, bu narkotik Azərbaycanın bir neçə şəhər və məntəqəsindən
keçmişdi. Fəqət əlaqədar qurumlar bunu aşkar edə bimədi. Bu narkotikin məqsədli
şəkildə, yoxsa səhlənkarlıqdan aşkarlanmadığını dəqiq deyə bilmərəm. Hər bir
halda bunu istintaq araşdırmalıdır. Özlərini ekspert hesab edən şəxslərin
münasibəti də məni çox təəccübləndirdi. Onlardan bəzisi iddia edirdi ki, Azərbaycanda
çox narkotik tutulur və istəyirlər ki,
Gürcüstan da narkotik tutsun. Yəni biabırçılıq hesab ediləcək fikirlər səsləndirdilər.
Baş verənlərə bəraət qazandırmaq üçün insan ağlına sığmayan fikirlər irəli
sürürdülər.
Bu məsələ Gürcüstanın
istintaq orqanları tərəfindən araşdırıldığı üçün həqiqət bu ölkədə
aşkarlanacaq. Ola bilsin ki, Azərbaycan tərəfinin əlində müəyyən əməliyyat məlumatları
var və onlar indiki halda bu məlumatların açıqlanmasını doğru hesab etmirlər. Lakin
hər bir halda Gürcüstanda bu məsələ obyektiv surətdə araşdırılacaq. Gürcüstan hakimiyyətu
bu cinayətdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsində maraqlıdır. Bu
baxımdan son nəticəni gözləməyi vacib hesab edirəm”.
Seymur Əliyev