Neçə müddətdir ki, vaxt məhdudluğundan məxsusi olaraq müəllif yazısıyla çıxış edə bilmirəm. İstək və mövzu bolluğu olsa da imkanlarla reallıqlar elə məmləkətimizn özü kimi təzad təşkil etdiyindən günü günə satıram”¦
Amma Aslan İsmayılova qarşı vüsət almağa başlayan kampaniyanın
bütövlükdə cəmiyyətimiz üçün hansı fəsadları törədə biləcəyini görərək baş verənlərə
özü etirazımı bildirməyi zəruri hesab etdim”¦
Əvvəla, məncə İntiqam Əliyevin və ümumiyyətlə, siyasi
mənsubiyyətinə və ictimai mövqeyinə görə şərlənərək zindana atılanların hər
birinin aqibətinə acımayanlar ədalət hissindən məhrum qəlbsiz zavallılardı. Təbii
ki, Aslan İsmayılov da fəal vətəndaş və ictimai xadim mövqeyi olan bir insan
kimi hakimiyyətin bu cür qaydasız döyüş davranışlarına açıq mətnlə etiraz
bildirənlərdəndir və bunu kimsə, hətta bu gün ona qarşı cəbhə açanların özləri
də dana bilməz. Bu baxımdan onun bəzi məsələlərə maksimalist, bəzən də
ehtiyyatsız yanaşmasını da anlayışla qarşılamaq olardı. Yəni onu çox yaxından
tanıyan bir insan kimi bildirmək istərdim ki, Aslan İsmayılov nəinki İntiqam
Əliyevin, haqqı nahaqqa verməyən istənilən vətəndaşın zinadana atılmasını, hətta ayağına daş dəyməsini
belə, istəməyən adamdır. Ola bilsin ki, onun fikirləri emosional gündəmə və bədbin
ovqata bir qədər qeyri-adekvat olub, amma bu heç bir halda ona qarşı
ittihamedici fikirlərin, atmacaların körüklənməsinə rəvac verməməlidi”¦
Bu baxımdan jurnalist
həmkarımız Xədicə İsmayılın da hər şeyə maksimalist yanaşması və güzəştsiz xətt
tərəfdarı kimi çıxış etməsi qəbuledilən deyil. Yeri gəlmişkən, onun bir müddət
öncə Müsavat başqanı İsa Qəmbərə qarşı bu gün Aslan İsmayılovda olduğu kimi təxminən
eyni davranışı yolverilməz idi. Onun “Azadlıq radiosu”nun studiyasında qonaq
kimi dəvət etdiyi İsa bəyi aşağılamaq cəhdi heç yerinə düşməmişdi, əksinə, bu
xanım jurnalistə qarşı müxalif düşərgənin özündə ittihamların artmasına səbəb
olmuşdu.
İndi də onun antiAslan İsmayılov kampaniyasının
flaqmanı kimi zühur etməsi və proseslərin lokomotivi rolunda çıxış etməkdə istəkli
görünməsi acı təəssü doğurur. Axı obrazlı ifadə edilsə, bizim dost itirən
vaxtımız deyil, axı bu çətin günlərdə azad mətbuat və vətəndaş cəmiyyəti adına hamı
kürək-kürəyə dayanıb heç olmasa müqavimət görüntüsü yarada bilərdi. Amma indi
elə tablo yaranıb ki, cəmiyyətin özü kimi onsuz da məhdud sayı olan ictimai fəal
kəsimin öz içindəki inamsızlıq tonqalının şöləsi hər kəsi yandırmaqdadı. Bu səhnəninsə
kimlərə sərf etdiyini izah etməyə gərək yox...
Bütün yaşananların səbəbi bəllidir. Hakimiyyət illər
uzunu cəmiyyəti apolitik duruma salmağa, hamını gündəlik güzəranının qayğısıyla
yaşamasına cəhd edib və nəhayət, indi görünən mənzərə onu iddia etməyə əsas
verir ki, istəyinə nail olub. Hər kəsin bildiyi kimi, qalibləri ittiham etməsələr
də məğlubiyyətə də kimsə sahib çıxmaq istəmədiyindən hamı baş verənlərə görə
günahkar axtarışına çıxır. Bu axtarışlarsa indiki xoşagəlməz mənzərənin yaşanmasına
səbəb olur”¦
Məmləkəti milli barışığa o qədər səsləyiblər ki, bu
çağırış artıq ucuzlaşıb. Amma mən ölkənin siyasi aktiv və qurulan məkrli
planlardan baş çıxaran ayıq kəsimini milli barışığa dəvət edirəm. Kimsə günah
keçisi axtarmasın,kimsə aslana dönüb Aslan İsmayılova qarşı səngərə girməsin, baiskarın kimliyini bilənlər elə nə etməli olduğunu bilənlərdi”¦