Moderator.az-a susuzluqdan təkcə dodaqları deyil, həm də ilin 12 ayı gözlərini dikdikləri, becərib ailələrini dolandıracaqları əkin sahələri partlayan bir qrup şlikayətçi üz tutub. Onlar əlaqədar qurumlardan problemlərinə əncam çəkilməsini tələb edirlər:
“Abşeron kanalının suyunu kəsiblər. Camaatın əkin yerləri susuz qalıb.100-dən çox əkinçi qan ağlayır.Kənd Təsərrüfatı Nazirliyindən, Samur-Abşeron Su Kanalına cavabdeh olan qurumlardan məsələ ilə bağlı aydınlıq gətirilməsinə nail ola bilmirik.
Bildirmək istəyirik ki, Nasosnu (Hacı Zeynalabdin Tağıyev) - Yaşma yolunun sol tərəfində camaat hektarlarla əkin sahəsi əkib becəriblər. Onlar hamısı yayda əkinçi, qışda dilənçi olan adamlardır.Əkinə qədər artıq qış boyu xirtdəyə qədər borcu yığıblar.Gözlərini yayda əkindən gələn məhsulun puluna dikirlər. Amma əllərindən yaxşlıq gəlməyən insanlar, daha doğrusu əjdahalar kanalın suyunu kəsiblər.Camaat da başına çarə tapa bilmir. Su olmasa əkinçilər bu il ac qalacaq. Deyirlər dağların arası ilə təzə kanal çəkiblər və suyu ora verirlər.Prezident İlham əliyev də 4-5 dəfə təzə kanalın açılışına gedib.Hər dəfə də o təzə kanal bir yerdən partlayıb...”
Moderator.az problemi diqqətdə saxlayacaq və müvafiq qurumlardan məsələ ilə bağlı açıqlama almağa çalışacaq.