Moderator.az xəbər verir ki, Nizami rayonunda Müqəddəs Ramazan ayı münasibətilə növbəti iftar süfrəsi açılıb.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu səbəbdən də, ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulur.
Sədaqət Vəliyeva bildirib ki, Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır.
Sonra 250 nəfərədək insanın iştirak etdiyi mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib, süfrə açılıb.
Mərasimdən sonra YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva seçiciləri ilə görüşüb.