Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Məsum Piriyev Moderator.az-a müsahibə verib. Həmin müsahibəni oxucuların nəzərinə çatdırırıq.
-Məsum müəllim, Dövlət Sularda Xilasetmə Xidməti bu il cimərlik mövsümündə neçə insanın həyatını xilas edə bilib?
-Əvvəla onu deyim ki, Sulrda Xilasetmə Xidməti təkcə çimərlik mövsümündə deyil, bütöv ilboyu fəaliyyət göstərir. Və statistika da il ərzində görülən işlərə görə aparılır.
Amma çimərlik mövsümündə Xilasetmə Xidməti gücləndirilmiş iş rejimində səhər saat 9.00-dan 21.00-dək rəsmi çimərlik ərazisində xidmət çəkir.
Sizin sualınıza gəldikdə isə deyə bilərəm ki, il ərzində xidmətimiz tərəfindən 128 nəfər xilas edilib və suda boğulmuş və ya batmış 24 nəfərin cəsədi çıxarılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib. Onu da əlavə edib ki, rəsmi çimərliklərdə bir nəfər də olsun boğularaq ölmə halı qeydə alınmayıb. Bunların hamısı çimmək qadağan olunmuş ərazilərdə, xüsusən də daha çox kanallarda, çaylarda, su anbarlarında qeydə alınıb.
-Məsum müəllim, yay mövsümüdür və əksəriyyət insanlar sərinlənmək üçün özləri üçün müəyyən su hövzəsi axtarır. Və heç kim də bədbəxt hadisədən sığortalanmayıb. Necə etmək olar ki. belə halların qarşısını alınsın və yaxud xidmətiniz tərəfindən hansısa maarifləndirmə işləri görülürmü?
-Təbii ki, bəli. Bu işlər aparılır. Amma bunu təkcə biz bir qrum olaraq həyata keçirməyimiz qeyri-mümkündür. Burada vətəndaş daha məsuliyyətli olmalıdır.
Digər tərəfdən qurum olaraq havaların isti və küləkli keçməsini nəzərə alaraq əhaliyə xəbərdarlıq etmək istəyirik ki, övladları üzərində nəzarəti gücləndirsinlər. Son günlərdə kütləvi şəkildə məkətbyaşlı uşaqların caylara, kanallara və göllərə çimməyə getmə halları müşahidə olunur. Bir çox bədbəxt hadisələrin artması da bununla bağlıdır. Ona görə də valideynlərin öz övladları üzərində nəzarəti gücləndirməsi vacibdir və onları nəzarətsiz buraxmasınlar.
Bundan başqa çimərliyə gələndə ancaq çimərlik ərazisində çimməyə üstünlük versinlər və orada istirahət etsinlər. Şimən zaman isə xilasedicilərin göstərişlərinə əməl etsinlər. əgər belə olarsa. O zaman boğulma halları da minimuma enər.
-Sizin xidmət bütün respublikanı əhatə edə bilrimi?
-Bəli. Bu gün FHN tərkibində 42 yerli xilasetmə məntəqəsi var ki, bunlarda respeblikanın bütün regionlarını əhatə edir. Bununla yanaşı 4 dalğıc axtarış qrupu;-Cənub, Şiimal, Aran və Bakı qrupu fəaliyyət göstərir. Onlar da harada sudabatma hadisəsi olursa həmən ərazidə xilasetmə işləri ilə məşğul olurlar.
- Bəs Xidmətin bu işləri görmək üçün texniki-təchizat bazası nə səviyyədədir?
-Xidmətimizdə 200-ə yaxın ən müasir avadanlıqlar və dalğıc aparatları var. Bu aparatlar ən çətin şəritdə suda batmış cəsədi axtarmağa imkan verir. Hətta elə aparatlar var ki, onların vasitəsi ilə ən çirkli və bulanıq suda axtarış arapamq olur.
-Xilasetmə zamanı xilasedicilər hansı çətinliklərlə üzləşir?
-Əlbəttə çətinliklərlə üzlşirlər. Samur-Abşeron, Yuxarı Qarabağ və digər bəzi kanalarımız var ki, orada suyun sürəti yüksək olduğundan bizim dalğıc axtarış qrupları axtarış aparan zaman bir çox çətinliklərlə üzləşirlər. Ancaq bizim dalğıclar xüsusi kurlar keçdiklərindən bütün vəziyyətə hazırdırlar. Bəzən suda batmış insanın çıxarılması üçün ənənəvi üsullarla yanaşı müasir üsullardan istifadə olunur.
Amma bəzən hava çox küləkli, gecə və ya digər ciddi maneçilik olan zaman xilasedicilər işlərinə müəyyən müddət fasilə verməli olurlar. Bu da onların həyatı üçün təhlükı olduöğunda fasilə verilir.Onların özləri də müəyynə təhlükəsizlik qaydalarına riayət edirlər. Bu da beynəlxalq qanunvericiliklə tənzimlənir.