“Təşkilat olaraq AXC-nin varisliyinə iddia etmək siyasi savadsızlıqdır”
Oxunub: 5811
17 Jul 2014 | 17:11
“Təşkilat olaraq AXC-nin varisliyinə iddia etmək siyasi savadsızlıqdır”
Qüdrət Həsənquliyev: “Azərbaycan mətbuatı ilə bağlı 2,4 milyon dollarlıq qrant layihəsi müqabiqəsi elan edirsən və bu barədə Azərbaycan mətbuatında heç bir məlumat vermirsənsə, burada hər hansı şəffaflıqdan söhbət gedə bilməz”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətə son günlər ölkə gündəmini zəbt edən, ziddiyyətli müzakirələrə səbəb olan hadisədən başladıq - Azərbaycan Xalq Cəbhəsinin 25-ci ildönümündən...

-AXC erməni separatizminə qarşı yaranmış bir xalq hərəkatıydı. Bu hərəkata qoşulan insanların bir çoxu Dağlıq Qarabağda baş verən hadisələrin arxasında Moskvanın dayandığını anladıqdan sonra bu hərəkat mahiyyətcə Milli Azadlıq Hərəkatına çevrildi. Amma təəssüf ki, bu hərəkat SSRİ-nin süquta uğramasında mühüm rol oynasa da qarşısına qoyduğu məqsədlərin bir çoxuna nail ola bilmədi. Daha öncə də qeyd etdiyim kimi hərəkat erməni separatizminə qarşı yaranmışdı. Amma biz nəinki erməni separatizminin qarşısını ala bilmədik, hətta Dağlıq Qarabağı və Dağlıq Qarabağ ətrafındakı 7 rayonu da itirdik. Bunun da bir çox səbəbləri var idi. Əvvəla, həmin dövrə qədər Azərbaycanda ciddi dissident hərəkatı olmamışdı, alternativ siyasi düşüncə formalaşmamışdı. Digər tərəfdən, bir önəmli məqama da diqqət çəmək istəyirəm: Tarixin bütün dövrlərində xalq hərəkatları zamanı cəmiyyət dəniz kimi təlatümə gəlir, çalxalanır. Və bu təlatüm dənizin dibindəki, indiki halda cəmiyyətdəki çör-çöpü, tör-töküntüləri vurub üzə çıxarır, sahilə atır. Azərbaycandakı xalq hərəkatı da bu tipli çoxlu sayda insanı üzə çıxarmışdı. Şübhəsiz ki, hərəkatda xeyli sayda vətənpərvər insan təmsil olunurdu və bu prosesin hərəkətverici qüvvəsi Azərbaycan xalqıydı. Daha aydın mənzərə yaransın deyə prosesin önündə olanları kateqoriyalara böləcəyəm: Üstünlüyü, xüsusilə də aşağı hissədə, alt təbəqədə vətənpərvər insanlar təşkil edirdilər. Amma təlatümün üzə çıxardığı şəxslər də az deyildi. Bu sıraya xarici dövlətlərin, kommunist partiyasının və onun idarəçiliyində olan dövlət təhlükəsizlik komitəsinin hərəkatın rəhbərliyinə yerləşdirdiyi insanları da aid edirəm. Məhz bu adamlar təxribatla məşğul olur, hərəkatı gözdən salır, insanları hədəfdən yayındırmağa çalışırdılar. Başqa bir kateqoriya isə yırtıcılardan, “qan qoxusuna gələnlər”dən ibarət idi. Belələri hərəkatın hakimiyyət dəyişikliyinə səbəb ola biləcəyini hiss edərək, gələcəkdə öz maraqlarını təmin etmək məqsədilə bu prosesə qoşulmuşdular. Hərəkatda təmsil olunan vətənpərvərlərin bir hissəsinin siyasi təcrübəsizliyi, başqa bir hissəsinin isə xarakterlərindəki natamamlıq, böyük hədəflərə doğru birgə addımlamağın əhəmiyyətini dərk etməmələri ona gətirib çıxaqdı ki, təşkilat qarşısına qoyduğu məqsədə çatmamış, AXC-nin İdarə Heyətində təmsil olunan 15 nəfərdən 1-2-si istisna olmaqla yerdə qalanlardan hər biri özünə ayrıca partiya yaratdı. Onların əksəriyyətinin gənc və təcrübəsiz olması, bir-birinə münasibətdə ən sərt ittihamlarla çıxış etmələri, bir-birini qəbul edə bilməmələri, Əbülfəz Elçibəyin isə belə bir çətin dövrdə həddən artıq humanist mövqe sərgiləməsi AXC-ni qısa bir müddətdən sonra və məqsədinə çatmamış süquta uğratdı. Amma AXC SSRİ-nin süqutunda oynadığı mühüm rola görə Azərbaycan xalqı tərəfindən hər zaman rəğbətlə anılacaq.

-Qüdrət bəy, AXC-nin 25-ci ildönümü ərəfəsində ən çox müzakirə olunan məsələlərdən biri də təşkilatın varisliyi ilə bağlı idi. Müxtəliv qüvvələr iddialarla çıxış edirlər və onlardan hər biri özünün AXC-nin varisi olduğunu görüntüləməyə çalışırdı. Ümumiyyətlə, bu məsələnin müzakirəyə ehtiyacı varmı və Sizə görə, AXC-nin varisi kimdir?


-Hansısa təşkilatın AXC-nin varisliyinə iddia etməsi siyasi savadsızlıqdır. Daha açıq söyləsək, gərək son dərəcə həyasız olasan ki, təşkilat olaraq AXC-nin varisliyinə iddia edəsən. Daha öncə də dediyim kimi, AXC İdarə Heyətinin üzvlərindən 1-2-si istisna olunmaqla hamısı özünə partiya yaradıb və AXC dağılıb. Bundan sonra isə təşkilatda qalan insanlar ictimai hərəkat oilan AXC-nin sosial bazasının əhəmiyyətli bir hissəsinin iştirakı ilə siyasi partiya - AXCP yarandı. Yəni, ictimai-siyasi hərəkat olaraq AXC siyasi partiyaya çevrildi. Əbülfəz bəyin vəfatindan sonra partiya 2 yerə parçalandı. Daha sonra Əli Kərimlinin və Mirmahmud Mirəlioğlunun yanında qalanlar istisna olmaqla partiyanın birləşdirici qurultayı keçirildi və parçalanmış AXCP Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası birləşdi. Görürsünüz, bütün bunalardan sonra hətta biz də belə iddialarla çıxış etmirik və hesab edirik ki, AXC-nin varisliyinə təşkilat olaraq iddia etmək gülüncdür. Amma özümüzü AXC-nin mənəvi varisi sayırıq və hesab edirik ki, o hərəkatdan doğan partiyalardan biri də BAXCP-dir. 

-Bu məsələ ilə bağlı son sualımı verəcəyəm... Sizcə AXC-nin təşkilat olaraq buraxdığı ən fundamental səhv hansıdır?


-AXC hakimiyyətə gələn kimi kommunizmə bir ideologiya olaraq qadağa qoymalı və dərhal parlament seçkiləri keçirməliydi və ölkə parlamentli respublika elan olunmalıydı. Ən böyük səhv bundan ibarət idi. Digər tərəfdən, məndə olan məlumatlara və həmin dövrdə yüksək vəzifələrdə təmsil olunan şəxslərin açıqlamalarına görə AXC hakimiyyəti dövründə bir neçə dəfə atəşi dayandırmaq üçün imkan olmuşdu. Ən azından Boris Yeltsin belə bir açıqlama ilə çıxış etmişdi ki. Dağlıq Qarabağın əvvəlki statusunu bərpa etməklə bu problemi həll etmək olar. Amma AXC hakimiyyəti özündə güc tapıb buna da gedə bilmədi. Hadisələrin sonrakı gedişi düzgün proqnozlaşdırılmamışdı. Ən böyük səhv isə şübhəsiz ki, Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunmasına baxmayaraq, Cümhuriyyətin dövlət idarəçiliyi modelinin tətbiq olunmaması, parlamentli respublikanın yaradılmaması idi. Demokratik ənənələrin mövcud olmadığı bir cəmiyyətdə güclü prezident institunun saxlanması mövcud vəziyyətin düzgün dəyərləndirilməməsi ilə yanaşı, həmin insanların ruhən demokrat olmamaları və şəxsiyyət bütövlüyü problemi ilə bağlı olan məsələ idi... Necə olur ki, sən parlamenti tanımırsan, onu saxta elan edirsən, lakin hakimiyyətə gəldikdən sonra həmin parlamentlə işləməyə davam edirsən... Prinsiplərə sədaqətsizlik, sayğısızlıq sonradan ağır nəticələrə yol açdı.

-Son günlər daha çox müzakirə olunan məsələlərdən biri də USAİD-in elan etdiyi 2,4 milyonluq qrant layihəsi və bu lahiyə haqqında ictimaiyyətin məlumatlandırılmaması ilə bağlıdır. Baş verənləri necə qiymətləndirisiniz?


-ABŞ hər zaman başqa dövlətlərdən şəffaqlıq tələb edir. Özünü daha demokratik hesab edən dövlətlərin ayrı-ayrı ölkələrdən və beynəlxalq təşkilatlardan şəffaqlıq tələb etməsi normal haldır. USAİD və digər bu kimi təşkilatlar hər zaman ən azından radikal müxalifət mətbuatında bu qəbildən olan layihələrlə bağlı öz elanlarını yerləşdiriblər. Doğrudur ABŞ səfirliyi əsalandırmağa çalışır ki, USAİD-in qrant layihəsi ilə bağlı məlumat bu təşkilatın saytında yerləşdirilib. Amma kimdir USAİD-in saytını açıb ordakı elanlarla tanış olan? Bu cür elanlar əgər Azərbaycan mətbuatı ilə bağlı idisə elə Azərbaycan mətbuatında da dərc olunmalıydı. Bu o qədər sadə və bəsit bir məsələdir ki... Azərbaycan mətbuatı ilə bağlı 2,4 milyon dollarlıq qrant layihəsi müqabiqəsi elan edirsən və bu barədə Azərbaycan mətbuatında heç bir məlumat vermirsənsə, burada hər hansı şəffaflıqdan söhbət gedə bilməz. Buna bəraət qazandırmaq da mümkün deyil. Bununla bağlı səfirliyin açıqlaması isə sadəcə olaraq gülünc idi. Əgər konkret halda USAİD Azərbaycanda demokratik proseslərin, mətbuatın inkişafına dəstək vermək istəyirsə ilk növbədə özü nünunə olmalıdır. Şübhəsiz ki, istədikləri qəzetə bu qrantı ayıra bilərdilər, o cümlədən “Azadlıq” qəzetinə də... Amma ən azından formal prosedur qaydalarına əməl etmək, nümunə göstərmək lazım idi. Bu da onu göstərir ki, qərb dövlətləri özlərinin elan etdikləri dəyərlərə bizim kimi inkişaf etməkdə olan ölkələrə münasibətdə sadiqlik nümayiş etdirmirlər. Onları daha çox öz maraqları düşündürür. Haqqında danışılan qərb dəyərləri isə həmin maraqların təmin olunmasında yardımçı vasitə rolunu oynayır. Bu yanaşma isə nəinki demokratiyanın inkişafına təkan vermir, əksinə ayrı-ayrı cəmiyyətlərdə qütbləşmənin dərinləşməzinə səbəb olur. Bu baxımdan. əlbətdə bu çox təəssüfedici haldır və Azərbaycan jurnalistləri haqlı olaraq USAİD-in fəaliyyətini qınayırlar. Düşünürəm ki, belə hərəkətlər hamılıqla pislənməlidir və biz onlardan tələb etməliyik ki. öz fəaliyyətlərində şəffaflığı, aşkarlığı təmin etsinlər. 

-Qüdrət bəy, Qərb dəyərlərinin raketlərlə daşındığı İraqda bir zamanlar baş verənlərə münasibətiniz necədir?

-NATO-nun Bakıda keçirilən Rouse Routh seminarında da bu barədə danışmışdım. ABŞ ordusunun Iraqdan çıxmasının fəlakətlərə yol açdığını demişdim. O zaman mənə cavab vermişdilər ki, “bunu İraq höküməti özü istəyib”... Gülməlidir, deyilmi? Axı ABŞ rəsmən elan etmişdi ki, İraqı işğal edib. Belə olduğu təqdirdə, əgər ABŞ hökuməti istəməsəydi, kim onu İraqdan çıxara bilərdi? ABŞ-ın İraqa girməsi də İraq xalqına qarşı çox böyük bir ədalətsizlik idi. Səddam Hüseyn nə qədər böyük diktator olsaydı da onu devirmək naminə İraqın viran edilməsini, fəlakətə sürüklənməsini heç bir formada əsaslandırmaq olmaz. Amerika özü də yaxşı başa düşür ki, insanlara zorla, tankla-topla, raketlə demokratiya bəxş etmək olmaz. Bu şüurla, cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olan bir məsələdir. İraq xalqına birinci dəfə mövcud olmayan kütləvi qırğın sılahlarını bəhanə gətirib bu ölkəyə daxil olmaqla xəyanət etdilər. İkinci xəyanət isə ABŞ qoşunları İraqdan çıxarılanda baş verdi. İraqda ABŞ-ın, yaxud BMT-nin nəzarəti altında bir neçə seçki keçirilməliydi ki, insanlarda demokratik vərdişlər formalaşsın. NATO-nun Bakıda keçirilən seminarında demişdim ki, indi də Əfqanıstandan çıxmağa hazırlaşırsınız və siz ordan çıxan kimi Əfqanıstanın yeni prezidentini taliblər, yaxud bir başqaları asacaqlar. Baxın Liviyada baş verənlərə - tayfa-tayfa bölünüb bir-birlərini qırırlar. Baxın Misrdəki olaylara ”“ məhkəmə birdən-birə yüzlərlə insan haqında edam hökmü çıxarır. Bütün bunlar göstərir ki, onların məqsədi heç də bölgədə demokratiyanın inkişafı deyil, bölgə ölkələrini vətəndaş qarşıdurmalarına sürükləmək, qanlı qarşıdurmalara yol açmaq, islam dövlətlərini bir-birinə qarşı qoyaraq viran etməkdir. Baxın Suriyada baş verənlərə... Əgər istəsəydilər Suriyada Bəşər Əsədi asanlıqla devirə, normal bir hökumətin formalaşmasına yardım göstərə bilərdilər. Amma bunu eləmədilər. Hillari Klinton çıxıb açıq şəkildə bəyan etdi ki, bizim nəzarətimizdə olmayan müxalifətə dəstək verməyəcəyik. Ona görə ki, həmin dövrdə Türkiyə hökuməti yersiz olaraq bu məsələlərdə fəallıq nümayiş etdirirdi və çalışırdı ki, Suriya müxalifətini öz nəzarətinə götürsün. Beləliklə də gələcəkdə Suriyada hakimiyyətə gələcək müxalifəti öz təsir dairəsində saxlasın. Sözsüz ki, buna qərb imkan verməzdi və vermədi də. İndi nə baş verir? İndi imkan veriblər ki, dünyadakı bütün radikal islamçılar yığışsın Suriyaya və orda da onları bir-birinə qırdırırlar. Təsəvvür edin ki, İsrailin arzulamadığı Suriya faktiki olaraq bir dövlət kimi yoxa bərabərdı. Bu baxımdan, düşünürəm ki, böyük güclər, xüsusilə də xristian qərb hələ ki, bizim arzuladığımız, bizim istədiyimiz ali dəyərləri mənimsəməyiblər. Onlar sadəcə olaraq bu dəyərlərdən istifadə etməklə öz təbliğatlarını qurur, maraqlarını həyata keçirirlər. İraqda baş verənlər isə qərbin təxribatlarından, eləcə də o bölgədə yaşayan müsəlmanların fundamentalist, təhsilsiz və savadsızlıqlarından, siyasi mədəniyyətə malik olmamalarından irəli gəlir. Belə bir toplum isə bu cür qanlı hadisələrin baş verməsi təbiidir.

-Fələstində, Qəzza bölgəsində baş verənləri necə qiymətləndirirsiniz?


-Hesab edirəm ki, Qəzzada baş verənlərə yalnız bir istiqamətdən yanaşmaq doğru deyil. Azərbaycanlıların çox gözəl bir el məsəli var: “Arxalı köpək qurd basar”. İsrail burda şübhəsiz ki, arxalı köpək rolunda çıxış edir. Bu səbəbdən də geri qalmış islam dünyasına meydan oxuyur. Müsəlmanları əzir, yaxın şərqdəki ərəb dövlətlərini basqı altında saxlayır. Sözsüz ki, İsrailin arxasında ABŞ dayanır və bu səbəbdən heç kim cəsarət edib bu dövlətə qarşı gedə bilmir. İsrailin özünü güclü hiss etməsi və zəifi əzməsi məsələnin bir tərəfidir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki... Bu gün deyəsən itlərdən çox misal çəkəcəyəm (gülür). Bəzi dişi itlər özləri hücum eləmir, kənarda durub hürməklə, xüsusi canfəşanlıq etməklə o biri itləri hədəfə doğru göndərirlər. Regionda özünü söz sahibi hesab edən və belə xəyallara qapılıb özünü buna inandırmağa çalışan bəzi müsəlman ölkələri də bu gün həmin o dişi itlərin funksiyasını yerinə yetirirlər. İsrail arxalı köpək rolunu seçibsə, onlar da bu rolu seçiblər. Yaxud onlara belə bir rol həvalə olunub... Bilə-bilə ki, bu aqressiyanın qarşısının alınmasına cəsarətin çatmayacaq, real kömək edə bilməyəcəksən, amma yenə də zəifi qarşıdurmadan çəkindirmək əvəzinə onu təxribata çəkib qeyri bərabər döyüşə yollayırsan. Əldəqayırma raketlərlə, sapandla döyüşə sövq edirsən. Qəzza dağılır, günahsız insanlar ölür... Bunun məsuliyyətinin böyük bir hissəsi İsrailin üzərinə düşürsə, digər böyük hissəsi isə “dişi it” adlandırdığım həmin o təxribatçıların üzərinə düşür. 

-Sizcə bu qəbildən olan addımlar nəyə hesablanıb? Daxili siyasətə, yaxud...


-Sözsüz ki, daxili siyasətə. Bu qəbildən olan ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunur. Hadisələri dini qarşıdurma müstəvisində təqdim etməklə və cəmiyyətin dinə həssas münasibətindən yararlanmaqla insanların səsini qazanmaq istəyirlər. Buna görə də islam dünyasının tərəqqipərvər qüvvələri İsrailin hərəkətlərini pisləməklə yanaşı, Həmasa da təsir etməlidirlər ki, dinc, günahsız insanları güdaza verməsin. Görürsən ki, qüvvələr nisbəti bərabər deyil, hadisələri zor müstəvisinə çəkmə. Sülh danışıqları davam etməli, problem sülh yoluyla həll edilməlidir. Məsələnin zor müstəvisində həll olunmayacağı gün kimi aydındı. 
Oxşar xəbərlər
22:29, Bu gün
Ermənistanda aksiyalar davam edir - VİDEO
21:47, Bu gün
Bakcell ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
21:44, Bu gün
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
21:42, Bu gün
Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşulub
21:36, Bu gün
Türkiyənin BMT-dəki yeni daimi nümayəndəsi vəzifəsinin icrasına başlayıb
21:30, Bu gün
Özəl liseylərin qiyməti niyə durmadan artır? - 10 mindən -50 minə qədər...
21:20, Bu gün
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olundu
21:15, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
21:02, Bu gün
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
20:59, Bu gün
Yaxşı qarpız seçməyin ƏN SADƏ üsulu
20:57, Bu gün
ABŞ-da İsrail əleyhinə etirazlar təhlükəli miqyas alıb
20:57, Bu gün
KİV: “Ərdoğanın ABŞ-yə səfəri təxirə salınıb”
20:54, Bu gün
KİV: Qəzza ilə bağlı Misir-İsrail görüşündə ciddi irəliləyiş əldə olunub
20:54, Bu gün
Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib
20:43, Bu gün
Marketdəki bu qidalardan UZAQ DURUN – Tullantıdan hazırlanır
20:41, Bu gün
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
20:38, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
20:37, Bu gün
Bakıda bacısı həbsdəki qardaşına narkotik gətirdi, araşdırma başlanıldı
20:24, Bu gün
Azərbaycan cüdoçusu Avropa çempionu olub
20:22, Bu gün
İlham Əliyevin Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO
20:20, Bu gün
Xanımlar DİQQƏT: Bu meyvənin tumu botoks effekti verir
20:18, Bu gün
İsrail milli təhlükəsizlik nazirinin maşını aşdı: Vəziyyəti ağırdır - FOTO/VİDEO
20:12, Bu gün
“Berlin bu məsələdə Azərbaycanı tam dəstəkləyir”
20:07, Bu gün
Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü
20:05, Bu gün
"Putin Ukraynada "Suriya taktikası"ndan istifadə etməyə başlayıb" - ABŞ-ın ATƏT-dəki nümayəndəsi
20:00, Bu gün
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
19:54, Bu gün
Başgicəllənmənin 4 səbəbi AÇIQLANDI
19:51, Bu gün
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
19:50, Bu gün
İlham Əliyevin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü olub - YENİLƏNİB + FOTO
19:43, Bu gün
Soydaşlarımız Berlində İlham Əliyevi “Qarabağ Azərbaycandır!” şüarı ilə qarşılayıblar - VİDEO
19:40, Bu gün
Yaxşı yatmaq üçün axşamlar BUNLARI YEYİN
19:36, Bu gün
Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - FOTO
19:30, Bu gün
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
19:29, Bu gün
Xalq artisti konsertdə izdiham yaşatdı - VİDEO
19:23, Bu gün
Azərbaycanda qeyri-adi yol nişanı - Rəsmi qurumlardan CAVAB: “Vaxtım yoxdur, əlimdə işim var” + FOTO
19:12, Bu gün
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü olub - YENİLƏNİB
19:04, Bu gün
İranda qondarma “erməni soyqırımı” tədbirləri nədən xəbər verir? - VİDEO
19:00, Bu gün
Moskvadan İrəvana məktub: “Ayıb olsun!”
18:59, Bu gün
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
18:57, Bu gün
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
18:53, Bu gün
Bu il hər addımda şanslı olacaq BÜRCLƏR
18:43, Bu gün
14 yaşlı məktəblinin bədənində yeddi il əvvəldən qalan güllə tapıldı
18:36, Bu gün
Talıb Talenin toyu olacaq - VİDEO
18:33, Bu gün
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
18:29, Bu gün
“Cümü”yə 18 il həbs verildi
18:23, Bu gün
Dövlət Komitəsində amerikalı qonaqlarla görüş olub - FOTO
18:18, Bu gün
Almaniya dövlət başçısı Prezident İlham Əliyevi qarşılayıb
18:13, Bu gün
Sahil Babayev Naxçıvan şəhərində vətəndaşları qəbul edib - FOTO
18:05, Bu gün
Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”
18:00, Bu gün
Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
17:57, Bu gün
Bakının bir rayonunda qaz kəsiləcək
17:55, Bu gün
BDU tələbələri “Tullantıdan sənətə” muzeyində - FOTO
17:52, Bu gün
“Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər” mövzusunda dəyirmi masa keçirilib - FOTO
17:48, Bu gün
Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO
17:46, Bu gün
Naxçıvan Vəkillər Kollegiyasının üzvlüyünə qəbul imtahanı keçiriləcək
17:44, Bu gün
"HƏMAS-ın nəzarəti altında Fələstin dövləti olmayacaq" - Con Kirbi
17:38, Bu gün
Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO
17:35, Bu gün
Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı - FOTO
17:32, Bu gün
İlham Əliyevin Berlindəki iqlim dialoqunda çıxışının TAM MƏTNİ - YENİLƏNİB + FOTO/VİDEO
17:28, Bu gün
Nazirdən həbs olunan müdirin yerinə TƏYİNAT
17:24, Bu gün
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhərinə gediblər - YENİLƏNİB + FOTO
17:20, Bu gün
Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO
17:17, Bu gün
İranın bəzi əyalətlərini su basıb - VİDEO
17:14, Bu gün
Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı - FOTO
17:11, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:08, Bu gün
İlham Əliyevlə Almaniya XİN rəhbərinin görüşü keçirildi - YENİLƏNİB + FOTO
17:05, Bu gün
Bakıda oğlunu öldürən ataya hökm oxundu
17:00, Bu gün
Hava anomaliyaları: Apreldə yumurta ölçüsündə dolunun yağması normaldır?
16:55, Bu gün
Gündəm olan qadınla bağlı qorxunc açıqlama: “Onu zorla...”
16:49, Bu gün
Peskov: “Artıq Avropa ilə münasibətlərimizi yeni əsasda qurmalı olacağıq”
16:46, Bu gün
Azərbaycan-Almaniya münasibətləri sürətli inkişaf dövründə: İlham Əliyevdən mühüm mesajlar - ŞƏRH + FOTO
16:42, Bu gün
Azərbaycan Kuboku: final görüşünün nominal meydan sahibi və başlama saatı müəyyənləşdi - FOTO
16:38, Bu gün
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
16:35, Bu gün
Türkiyəli sosial fenomen azadlığa buraxıldı - FOTO
16:32, Bu gün
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
16:28, Bu gün
Bu da Nura Surinin pilot qardaşı - VİDEO
16:26, Bu gün
Azərbaycan Teymurilərlə mübarizədən də qalib çıxdı...-Akif Nağıdan tariximizə fərqli baxış
16:24, Bu gün
Avropa Parlamenti Rusiya və İranla bağlı iki vacib qətnamə qəbul edib
16:19, Bu gün
Çoxtonnajlı maşınlar Xəzərin qumunu niyə daşıyırlar? - FOTO/VİDEO
16:15, Bu gün
Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirildi - FOTO
16:10, Bu gün
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edəcək
16:05, Bu gün
Xocalı al lalələrlə bəzənib - FOTO
16:02, Bu gün
​Nazim Quliyev həbs edildi
16:00, Bu gün
Ankaradan İrəvana yeni mesajlar: Ermənistan öz taleyini düşünməlidir - ŞƏRH + FOTO
15:55, Bu gün
Nərimanov rayonunda beş kq narkotiklə saxlanılan şəxs həbs olundu - FOTO/VİDEO
15:50, Bu gün
Baydenin xüsusi nümayəndəsinin müavini: “Azərbaycan COP29-la bağlı çox güclü komandaya malikdir” - MÜSAHİBƏ
15:46, Bu gün
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib - FOTO
15:42, Bu gün
BDU-da “Türk otağı” açılıb - FOTOLAR
15:38, Bu gün
Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
15:35, Bu gün
Fuad Muradov 7 kişini intim münasibətlə bağlı şantaj edib? - İş məhkəmədə
15:31, Bu gün
İlham Əliyev: “COP29 qarşıdurma arenası olmayacaq”
15:28, Bu gün
Almaniya Kansleri: “Rasizmin qarşısının alınması üçün əlimizdən gələni edirik”
15:24, Bu gün
Azərbaycan Prezidenti: “Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb”
15:20, Bu gün
İlham Əliyev: "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var"
15:18, Bu gün
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
15:15, Bu gün
Prezident Almaniyaya təşəkkür etdi
15:13, Bu gün
Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO
15:12, Bu gün
Ermənistanda kilsə oyunları: Baqratın şirin arzusu - ANALİZ + FOTO
15:11, Bu gün
Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək
15:07, Bu gün
Avropa Parlamentində anti-Azərbaycan çağırışlar: Sülhə və demokratiyaya sayğısızlıq - ŞƏRH + FOTO
GÜNLÜK
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
20 Apr 2024 | 11:05
Kazimirov birinci dəfə Azərbaycanda ölmüşdü...
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
25 Apr 2024 | 22:34
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular-İCTİMAİ QINAQ...- VİDEO
25 Apr 2024 | 23:24
DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
25 Apr 2024 | 23:13
Paşinyan üçün taleyüklü Moskva səfəri...
25 Apr 2024 | 22:32
Tarixçi alim və həyat yoldaşının məhkəməsi: Şahidin dedikləri hakimləri təəccübləndirdi
25 Apr 2024 | 22:54
Nədən Misir prezidenti Qəzza sakinlərini ölkəsində görmək istəmir?..
25 Apr 2024 | 22:56
“Rusiyanın köməyi ilə bir çox Qərb dəyərlərini mənimsəmişik”-Qüdrət Həsənquliyev
25 Apr 2024 | 23:29
Fransızların yarıdan çoxu Makronun Aİ-nin qərarlarına təsirindən şübhələnib
25 Apr 2024 | 22:58
“Taliban” altı İran sərhədçisini saxlayıb
25 Apr 2024 | 23:25
FİFA və UEFA İspaniya klublarını beynəlxalq turnirlərdən kənarlaşdıra bilər
10:30, Bu gün
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”