Son günlər Avrasiya İttifaqına üzv olmaqla Qarabağı geri almağın mümkünlüyü ilə bağlı səslənən iddialar çoxalmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli bu quruma üzv olmağın bütün Azərbaycanın itirilməsi ilə nəticələnəcəyini bildirib:
“Qarabağı işğal edən Rusiyadır. Bizim torpağımızın bir hissəsini geri verib əvəzində Azərbaycanın tamamını yenidən boyunduruğa salmaq istəyi açıq görünür. Bizim iqtidar da Rusiyadan həm qorxduğuna görə, həm də ruslarla könül bağları olduğuna görə Moskvaya sərmayə qoyur. Avrasiya İttifaqı deyilən şey rus hakimiyyətini yeni formada təsis etməkdən başqa bir şey deyil. Xalqa söykənməyən iqtidar hər zaman qorxaq olur. Bu rejim hakimiyyətdə qalmaq üçün hələ bu xalqın çox milyardlarını ona-buna peşkəş çəkəcək”.
Seymur Əliyev