Son günlər Azərbaycan hakimiyyətinin demək olar ki, bütün beynəlxalq təşkilatlara yönəlik ciddi ittihamlar səsləndirməsi rəsmi Bakı ilə bu təşkilatlar arasında ciddi problemlərin mövcudluğu kimi qiymətləndirilməkdədir.
Moderator.az-a açıqlama verən Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə hesab edir ki, baş verənlər müvəqqəti xarakter daşıyır və hər hansı ciddi problemdən söhbət gedər bilməz:
“Mən hesab etmirəm ki, Azərbaycanla beynəlxalq təşkilatlar arasında ciddi problem var. Sadəcə, zaman-zaman Azərbaycan hakimiyyətini tənqid edən beynəlxalq təşkilatlar hazırda Ukrayna və post-sovet ölkələrində baş verən hadisələrdən narahatdır. Hakimiyyət isə bundan istifadə edərək beynəlxalq təşkilatla bu cür danışır. Bu da keçicidir. Diqqət yetirsəniz görrəsiniz ki, birinci adam beynəlxalq təşkilatları tənqid etmir. Yalnız ətrafındakı insnalar bu təşkilatlarla bağlı tənqidlər səsləndirir ki, bu da sınanılmış bir taktikadır. Hakimiyyət də bu taktikadan istifadə edir”.
Seymur Əliyev