“Son 10 ildə Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 7 dəfədən çox artıb”. Moderator.az xəbər verir ki, bunu millət vəkili Rafiq Məhəmmədhəsənov bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında deyib. Milli Məclisin sosial siyasət komitəsinin iclasında “Şəkərli diabet xəstələrinə dövlət qayğısı haqqında” qanun laiyəhisinə əlavə və dəyişikliklər məsələsi müzakirə olunub. Millət vəkilinin sözlərinə görə, 2003-cü ilin dekabrında adıçəkilən qanun qəbul ediləndə ölkədə şəkərli diabet xəstələrinin 30 min nəfərdən bir az artıq idi, amma bu gün rəsmi qeydiyyatdan keçən xəstələrin sayı 206 min nəfərdir:
“Əgər bu say 2014-cü ilin yanvarında 195 500 nəfər təşkil edirdisə, bu say may ayında 206 minə çatıb. Təkcə bu 5 ay ərzində şəkərli diabet xəstələrin sayında 10 minə yaxın artım var. Artıq bu bir epidemiya xarakteri alıb.”
Deputat deyib ki, ölkənin bütün regionlarında bu növ xəstəlikdə artım var. Deputat bildirdi ki, hakimiyyət şəkərli diabet xəstələrinin müalicəsinə böyük diqqət ayırır və bunun nəticəsidir ki, Azərbaycan MDB məkanında birinci ölkədir bu sahədə Dövlət Proqramı və qanun qəbul edib. “Ölkədəki şəkərli diabet xəstələrinə pulsuz 420 mindən artıq qanda şəkərin miqdarını müəyyən edən test çubuq və 464 mindən artıq isə qlükometr aparatı paylanıb. Bu sahədə ciddi işlər gedir. Rəsmi qeydiyyatdan keçən şəkərli diabet xəstələri pusuz olaraq dərmanlarla təmin olunurlar.” Millət vəkili hesab edir ki, bu xəstəliyə qarş mübarizə aparmaq üçün əhali arasında ciddi maarifləndirmə işinə ehtiyac var. Deputat Elmira Axundova isə bildirdi ki, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı rəsmi qeydiyyatda göstərildiyindən qat-qat artıqdır:
“Çünki bu xəstəliyə tutulanların əksəriyyəti rəsmi qeydiyyatdan keçmək istəmir və ya müxtəlif vasitələrlə boyun qaçırırlar. Bunun isə bir sıra səbəbləri var. Birincisi, qeydiyyatdan keçməyin onların müalicəsinə elə bir ciddi əhəmiyyətinin olmayacağı, ikincisi keyfiyyətli dərmanla təmin olunmaması, çünki şəkərli diabet xəstələtinə dövlət tərəfindən verilən pulsuz dərmanlar yüksək keyfiyyətli dərmanlar deyil, ucuz dərmanlardır.. Üçüncüsü bu sahədə qəbul edilən qanunların icra olunamamsıdır”.
Əmək və Əhalinin Sosail Müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirdi ki. bu gün Azərbaycanda 11262 şəkərli diabet xəstəsi var. Təkcə son iki ildə şəkərlıi diabet xəstə əlillərin sayında ciddi artım müşahidə olunub və bu say iki min dörd (2004) nəfə r təşkil edib. Nazir müavini bildirdi ki, ölkədə bu xəstələrin sayı 400 mini keçir. Bu xəstəliklə əlliyə çıxsnalrın əksəriyyəti kor, bədən üzvləri amputasiya olunan şəxslərdir.