Sovet kinosunun ulduzu vəfat etdi
"Durnalar Uçur" (ЛетÑÑ‚ журавли) filmində baş rol ifaçısı, Sovet Kinematoqrafiyasının ulduzu Tatyana Samoylova vəfat edib.
Moderator.az-ın Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kinematoqrafçılar İttifaqının mətbuat katibi Dmitri Yakun bildirib ki, vidalaşma mərasiminin nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Dəfn xərclərinin Kinematoqrafçılar İttifaqı öz üzərinə götürüb.
Xatırladaq ki, 1958-ci ildə məşhur kinoulduz T.Samoylova "Durnalar Uçur" adlı filmə görə Kan festivalının da "Qızıl palma budağı" mükafatına layiq görülüb.
Qeyd edək ki, aktrisa 80-illik yubileyinə bir gün qalmış xəstəxanaya yerləşdirilmişdi. Mayın 6-da Kino evində T.Samoylovanın yubileyi şərəfinə yaradıcılıq gecəsinin keçirilməsi nəzərdə tutulurdu.








