Moderator.az saytına Goranboy rayonu Xoylu kənd sakini Aqil İbrahimovun vəkili tərəfindən polisin cinayətkarı müdafiə etməsi, eləcə də oğurluq faktının ört-basdır edilməsi ilə bağlı video müsahibə daxil olub. Məlumata görə, Aqil İbrahimovun yaşadığı Goranboy rayonun Xoylu kəndində yaşadığı evdə 01.12.2011-ci il tarixdə oğurluq hadisəsi baş verib.
Hadisə baş verən andan 1 saat sonara DİN-nin “102” qaynar xəttinə də məlumat verilib. Goranboy rayon polis şöbəsinin əməliyat istintaq qrupu hadisə yerinə gələrək cinayət işinin açılması üçün lazim olan krimnalistik ekspertiza üçün yetərincə əl-ayaq izlərini və saxlanc yerinin sındırılması ilə aparılmış olan qızıl-ziynət və külli miqdar pul vəsaiti saxlanılan sandıqda olan izləri götürməyib.
Törədilən oğurluq faktı Goranboy polisində 1 il 3 ay qalsa da cinayət açılmayıb. Bundan sonra
daxili işlər naziri Ramil Usubovun qəbuluna düşən zərərçəkənin müraciətindən sonra sözügedən cinayət işi alınaraq Gəncə Şəhər Baş Polis İdarəsinə, sonradan isə Şəmkir Rayon Polis Şöbəsinə verilib. Hadisənin üzərindən iki il ötsə də, bugünə kimi vətəndaşa məlum olan oğurunu polis cinayət məsuliyyətinə cəlb etmir. Bugünə kimi polis orqanlarının yarıtmaz fəaliyyətindən dövlət orqanlarına çoxsaylı şikayətlər və telerqaramlar göndərən Aqil İbrahimov cinayət işi açılmayacağı təqdirdə ailəlikcə ölkə vətəndaşlığından imtina edəcəyini bildirir. Aqil İbrahimov 07.05.2014-cü il tarixdə polis orqanlarının yaratmaz fəaliyyəti ilə RATİ-nin ofisində mətubat konfransı kecirəcəyini qeyd edib. O bildirib ki, əgər bu mətubat konfransında səslən tələblərimizə ölkə rəhbərliyi lazımı reaksiya verməzsə, ölkədə fəaliyyət göstərən diplomatik korrupsların Bakıdakı nümayəndəliklərinə müraciət edərək onlardan sığınacaq tələb edəcək.