Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası Qadınlar Şurasının təşəbbüsü ilə Bakı Kompüter Kollecində “Qadın problemləri və onların həlli” mövzusunda müəllim və tələbələrin iştirakı ilə tədbir keçirilib. Tədbirdə AVP Qadınlar Şurasının sədri Yeganə Hacıyeva çıxış edərək cəmiyyətdə movcud olan qadın zorakılığı, gender bərabərliyi, erkən nigah hallarından danışıb.
Mövzu ətrafında növbəti çıxış edən Ana Vətən Partiyası Mərkəzi Aparatın əməkdaşı Tünzalə İsmayılova tədbir iştirakçılarına bildirib ki, Azərbaycanın bölgələrində hüquq maarifçiliyinə, pozulan qadın haqlarının müdafiəsinə, insanların Konstitusion haqlarının təbliğinə daha çox zərurət var və bu sistemli formada təşkil olunmalıdır.
Sonra çıxışlar ətrafında müzakirələr aparılmış, natiqlər tələbələrin suallarına cavab verib.