Moderator.az xəbər verir ki, Ana Vətən Partiyası Qusar rayon təşkilatının növbəti konfransı keçirilib. Konfransda AVP Ali Məclisinin sədri Rəşadət Yaqublu və sədrin beynəlxalq məsələlər üzrə müavini Zülfiyyə Mustafayeva iştirak edib.
Konfransda təşkilatı məsələlərə baxıldı və Muradxanov Ziyadxan Azadxan oğlu Qusar rayon təşkilatının sədri seçilib.
Çıxış edən Rəşadət Yaqublu konfrans iştirakçılarını təbrik edərək yeni seçilmiş təşkilat sədrinə uğurlar arzulayıb. R.Yaqublu qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı partiyanın qarşısında duran vəzifələrdən, dünyada baş verən siyasi proseslərdən konfrans iştirakçılarına məlumat verib və bələdiyyə seçkilərində aktiv şəkildə iştirak etməyə çağırıb.
Zülfiyyə Mustafayeva çıxışında qadınların ictimai-siyasi proseslərə cəlbindən, qadın amilinin cəmiyyət və dövlət üçün əhəmiyyətindən danışıb.
Sonda partiyaya yeni qəbul edilmiş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.