“İrəvan müəllimləri Pasxa stolu açmağa məcbur edilir”.
Bunu Moderator.az Ermənistanın “Epress.am” saytına istinadən xəbər verir. Məlumata görə, bu gün Pasxa bayramı ilə əlaqədar İrevanın Arçapnyak rayonunun məktəb və baxça müəllimlərini rayonun icra hakimiyyətinin qarşısında Pasxa stolu açmağa məcbur edilirlər. Bu haqda həmin müəllimlər Ermənistanın “Joxovurd” nəşrinin redaksiyasına şikayət ediblər. Onlar redaksiyaya bildiriblər ki, daha müdriyyətin tələblərinə itaət etmək niyyətində deyillər:
“Ermənistan müəllimləri çox acınacaqlı halda yaşayır. Özümüz bayramı necə qeyd edəcəyimizi bilmirik. Bu gün müqəddəs gündür və biz həmin bayramı evimizdə öz ailəmizlə keçirmək istəyirik. Ancaq onlar istədikləri zaman bizə rahatca əmr edə bilirlər. Biz məktəb müdirlərinə müraciət etsək də, müdir “bu yuxarının əmridir” deyə cavab verir” .