Rusiyada yaşayan əcnəbi vətəndaşlar Rusiya Silahlı Qüvvələrində qulluq etmək üçün ölkə rəhbərliyinə müraciət edəcək.
Moderator.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə Rusiya Miqrasiya Xidmətinin (RMX) bəyanatında bildirilir:
“Hazırda Rusiyada yaşayan milyonlarla miqrant, həmçinin keçmiş SSRİ vətəndaşları Rusiya Federasiyasını müdafiə etmək üçün Silahlı Qüvvələrdə iştirak etməyə hazırdır.
Sənəddə həmçinin qeyd olunur ki, RMX qərb ölkələrinin hökmranlıq etmək üçün dünya ictimaiyyətinə qarşı təcavüzkar təzyiq göstərməsindən narahatdır: “Biz artıq ölkəmiz ətrafında baş verən hadisələrə izləyici kimi qala bilmərik. Rusiyada yaşayan millətlərin dinindən, irqindən, ideoloji baxışlarından asılı olmayaraq vahid şəkildə birləşdirilməsinin vaxtı çatıb. Yalnız dünya xalqlarının birliyi bizi qoruya bilər”.
Rusiya Xarici İşlər Nazirliyi RMX-nin qeyd edilən bəyanatını hələlik şərh etməyib.
Qeyd edək ki, hazırda Rusiyada yaşayan əcnəbi vətəndaşlar hərbi qulluğa çağrılmır. 2013-cü ildə Rusiyada hərbi xidmət haqqında qanuna edilən dəyişikliyə əsasən Rusiya vətəndaşı olan bütün şəxslər, hətta öz ölkəsində hərbi xidmət keçsə də Rusiya Silahlı Qüvvələrində qulluq etməyə məcburdur.