“Krım böhranında mübarizə böyük güclər və böyük qüvvələr arasında gedir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov Krım hadisələrinə münasibət bildirərkən vurğulayıb. Onun sözlərinə görə, Rusiya özünə yaxın ərazilərə həmişə iddialı olub:
“Rusiya Federasiyasının prezidenti Vladimir Putin bir neçə dəfə yenidən Sovet İttifaqını qurmaq planının olduğunu bəyan edib. Böyük Çar dövləti də indiki Rusiyanın mövqeyini tuturdu. Rusiya Krımdan əl çəkməyəcək və hesab edirəm ki, rəsmi Moskva tək Krımla kifayətlənməyəcək. Böyük ehtimalla, daha sonra o Ukraynanın Şərq bölgəsini də zəbt edəcək. Rusiya öz fikrindən dönməyəcək. Çünki Rusiya heç vaxt post sovet dövlətlərində NATO qüvvələrinin və ya Avropanın hərbi qüvvələrinin yerləşdirilməsinə razı olmaz”.