DİN-dən Moderator.az-a daxil olan məlumata görə, 25.02.1952-ci ildə Naftalan şəhərində anadan olmuş, Mingəçevirdə qeydiyyatda olan, Yevlax rayonunun Havarlı kəndində yaşayan Tofiq Əlimərdanov ötən il dekabrın 26-da saat 11.00 radələrində Gəncə şəhəri dəmiryol vağzalının yaxınlığından naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
İtkin düşmüş bu şəxsin xarakterik əlamətləri aşağıdakılardır:
Boyu 1 metr 66 santimetr, orta köklükdə, gözləri qara, saçları ağarmışdır.
Sonuncu dəfə əynində qara gödəkçə və kostyum, ağ köynək, qırmızı qalstuk, ayağında qara ayaqqabı olmuşdur.
Onu görənlərdən və ya itkin düşmüş bu şəxs barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (055) 233-41-42 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.