Ana Vətən Partiyasının Mərkəzi Aparatında 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Bu barədə Moderator.az-ı partiyanın mətbuat xidməti məlumatlandırıb. Məlumatda deyilir:
“Tədbiri giriş sözü ilə açan partiyanın sədri Fəzail Ağamalı partiyanın qadın fəallarını bayram münasibətilə səmimi qəlbdən təbrik edərək onlara uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və işlərində müvəffəqiyyətlər arzuladı.
F.Ağamalı Azərbaycan qadınlarının ölkəmizin bütün sahələrinin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında qadınların əvəzsiz rolundan, Azərbaycan qadınının müasir cəmiyyətdəki uğurlarından, respublikanın ictimai siyasi həyatında Qadınların xüsusi çəkisinin olmasından, dövlətimiz tərəfindən qadınlara göstərilən diqqət və qayğıdan bəhs etdi. Son illər partiyanın qadın üzvlərinin sürətlə çoxalmasının qadınların siyasətə marağının artması kimi dəyərləndirdi və qadınların siyasi fəaiyyətinin artmasından məmnun olduğunu bildirdi.
Tədbirin sonunda qadın fəallara bayram hədiyyələri təqdim olundu”.
- FOTO" src="//old.moderator.az/fotobaza/original/1034.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/1035.jpg">- FOTO" src="//old.moderator.az/fotobaza/original/1036.jpg">