Almaniyanın Düsseldorf şəhərində Çin mənşəli 48 yaşlı Yanquing T. 2 nəfəri öldürüb , 4 nəfəri isə yaralayıb.
Moderator.az alman mətbuatına istinadən xəbər verir ki, çinli Yanquing T. əvvəl şəhər mərkəzindəki bir hüquq bürosuna girərək qadın vəkili bıçaqlayaraq öldürüb. Sonra isə dəlilləri yox etmək üçün hüquq bürosunu yandırıb və əlavə iki nəfəri yaralayaraq hadisə yerindən qaçıb.
Cinayətkarın bundan əvvəl də bir nəfəri yaralayaraq, öldürdüyü bildirilir. O, vəkilin onu yaxşı müdafiə etmədiyi səbəbindən bundan əvvəl vəkilə qarşı iddia qaldırıb.
Həmin gün cinayətkar Düsseldorf yaxınlığındakı Erkrath qəsəbəsinə gedərək bundan əvvəl iddiasına baxmağı qəbul etməyən başqa bir vəkilin bürosunda çalışan katibi öldürüb, bir nəfəri isə yaralayıb.
Ard-arda işlənən cinayətlər alman polisini hərəkətə gətirib. Polis qısa müddətdə cinayət şübhəli bilinən şəxsin kimliyini təsbit edib. Şübhəlinin gizlənə biləcəyi ünvanlara basqın edilib, amma onu tutmaq mümkün olmayıb.
Bu sırada, yanında çoxlu sayda bıçaq və iki tapança olan Yanquing T. - nin Düsseldorfdan 90 kilometr uzaqlıqda, Hollandiya sərhədindəki Goch şəhərində bir pizzacıya hücum etdiyi xəbəri yayılıb. İddiaya görə Yanquing T. əvvəllər yanında işləyən pizzacını öldürmək istəyib. Ancaq pizzacı və onun iki qızı ilə cinayətkar arasında dava baş verib. Yanquing T. pizzacının qızlarından birini qaz tapançasıyla yaralayıb. Hadisə yerinə gələn polislər cinayətkarı zərərsizləşdirərək həbs ediblər.
Elman