Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Moderator.az-a açıqlamasında Ukrayna və Rusiya arasındakı mövcud münasibətləri şərh edib. Politoloqun sözlərinə görə, Rusiya Ukraynaya nə dövlət, nə də xalq kimi hörmət göstərmir:
“Ukrayna xalq kimi ruslarla bir qandır. Necə ki, biz türklərlə eləyik. Lakin Ukrayna özünü müstəqil dövlət kimi tanıyır və müstəqil xalq kimi görür. Rusiya isə onları nə xalq kimi tanımaq istəyir, nə də dövlət kimi. Ruslar iddia edir ki, Ukrayna xalqı rusların bir hissəsidir. Həmçinin, ruslar iddia edir ki, Ukraynaya dövlət kimi də yanaşmaq doğru deyil. İddia edirlər ki, Ukrayna Rusiyanın bir ərazisidir. Ukraynalılar isə təii ki, bunu eşitməyi sevmirlər. Ukraynalılar bildirir ki, biz xalqıq, biz dövlətik. Ukrayna xalqı bildirir ki, biz Avropaya inteqrasiya edirik. Qərb dəyərlərini özümüzə əsas götürürk. Ukrayna və ruslar arasındakı başlıca problem budur”.
Seymur Əliyev