125-lər Xocalı faciəsinin ildönümü ilə əlaqədar olaraq bəyanat yayıb. Moderator.az-a daxil olan bəyanatda deyilir:
“Azərbaycanın demokratik dəyərlərə sahib çıxan sivil bir ölkə olaraq, dünyada tanınması 125- lər klubunun prioritet məqsədlərindən olduğunu nəzərə alaraq, Xocalı hadisələrinin dünya ictimaiyyətinə düzgün şəkildə tanıdılmasının, bu yöndə aparılan işlərin davamlı olmasını, kampaniya xarakteri daşımamasını arzu edirik. Məhz düzgün, obyektiv aparılan təbliğat sayəsində dünya birliyinin bu faciəni xalqımıza qarşı törədilmiş qətliam kimi geniş şəkildə tanınmasına nail olmaq mümkündür.Bununla bağlı təkliflərimizi səsləndirməyi özümüzə borc bilirik.
Xocalı qətliamından zərər çəkmiş insanların haqqları beynəlxalq məhkəmələr tərəfindən müdafiə edilərərək təmin edilsin. Bu prosesə dövlət tərəfindən tam dəstək verilsin.
Haidsələri törədən qatillər cəzalandırılsın.
Faicənin ildönümü matəm günü kimi qeyd olunmaqla yanaşı, təqvimə qeyri iş günü kimi salınsın. Matəm günündə Xocalı abidəsinin ziyarətinə, qurbanların anılmasına şərait yaradılsın.
Gənc nəslin hadisələrlə bağlı düzgün məlumatlandırılmasına diqqət artırılsın.Hadisələrin vəhşi xarakterini vurgulamaqla hazırlanmış təbliğat materialları gənc nəslin qorxudulmasını, dəhşət hissləri keçirməsini deyil, ədalət və vətənpərvərlik hisslərinin tərbiyə və inkişaf etdirilməsini hədəfə alsın.
Xocalı abidəsinə baş çəkilməsi ölkəmizə səfər edən rəsmi missiyaların və şəxslərin ziyarət protokoluna əlavə edilsin.
Bu təkliflərimizin həyata keçirilməsinə cəmiyyətin bütün təbəqələri cəlb olunsun. 125-lər siyasi klubunun üzvləri olaraq, biz də öz töhfəmizi verməyə hazırıq. Xocalıda amansızlıqla qətlə yetirilmiş həvətənlilərimizə ruhunu hörmətlə yad edirik. Allah rəhmət eləsin!”