Azərbaycan ilahiyyatçısı siğə etdirib.
Moderator.az xəbər verir ki, bu barədə informasiya Feysbuk sosial şəbəkəsində yayılıb.
Mehdi Haqq adlı şəxsin profilində yayımlanan informasiyada Elşən Mustafayevin siğədən övladı dünyaya gəldiyinə görə “Karvan” jurnalından qovulduğu iddia edilib.
“ANS televiziyasının maliyyələşdirdiyi “Karvan” jurnalının nəşr işinə baxan Qum məzunu Elşən Mustafayev siğəyə görə həyat yoldaşından boşanır. O, siğə etdiyində qorunmadığına görə siğədən övladı dünyaya gələn ilk ilahiyyatçımızdır.
İki gün əvvəl Elşən Mustafayevin siğə etdiyi qadın ortaya çııxb və qucağında uşaqla Elşən Musatayevin qapısına dayanıb. Qadın iddia edib ki,uşağln atası Elşən Mustafayevdir və son dəfə Elşən Mustafayevlə siğə etdikdən sonra hamilə qalmışdı. Skandal ANS TV-də çox ciddi müzakirələrə səbəb olub və ANS rəhbərliyi Vahid Mustafayev Elşən Mustafayevi “Karvan” jurnalından uzaqlaşdırmaq qərarına gəlib”.
“Karvan” jurnalından “Axar.az”a bildiriblər ki, Elşən Mustafayev dərginin ilk saylarının redaktoru olub: “O, təzəlikcə deyil, lap çoxdan işdən çıxıb. Siğə ilə bağlı məsələ isə yalandır. Onun işdən çıxması tamamilə başqa amillərlə bağlıdır”.