Mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəylinin Milli Şuradan istefası ictimai rəydə birmənalı qarşılanmayıb. Bəzi siyasilər bu istefanı Milli Şuradan silsilə qopmaların davamı kimi qiymətləndirsə də, adıçəkilən qurumda təmsil olunan bəzi şəxslər məlum istefanın elə də mühüm önəm kəsb etmədiyi fikrindədir. Bu qəbildən olan şəxslərin fikrincə, A.Səmədbəyli Milli Şuranın iclaslarında iştirak etməyib və bu baxımdan onun bu qurumda qalması ilə getməsi arasında elə bir fərq yoxdur.
Baş verənlərlər bağlı Moderator.az-ın sualını cavablandıran A.Səmədbəyli Milli Şuranın iclaslarında lazımi şəkildə iştirak edə bilmədiyini təsdiqlədi:
“Milli Şuranın sadəcə bir-iki iclasında iştirak etdim. Türkiyədə olmağımla bağlı Milli Şuranın işində aktiv iştirak edə bilmədim. Bu bir həqiqətdir”.
Seymur Əliyev