Qarabağ qazisi mərhum Zaur Həsənovun ardınca Yevlax şəhər sakini əlil Nizami Kərimovun özünü yandırması, o cümlədən Astara rayon sakini Aslan Babayevin özünü yandıracağı ilə bağlı verdiyi açıqlama əlil və veteranların intiharı olayının kütləviləşdiyindən xəbər verir.
Baş verənlərlə bağlı Moderator.az-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı müharibə iştirakçılarını, o cümlədən sosial baxımdan zəif təmin olunan insanları intihara sürükləyən səbəblərə aydınlıq gətirib və problemin həlli yollarına toxunub:
“Ölkədə genişmiqyaslı haqsızlıq və ədalətsizlik mövcuddur. Insanların haqqını tanımaq istəmirlər. Rüşvətxorluq, ədalətsizlik bütün ölkədə baş alıb gedir. Məmurlar hüquqları tapdanan insanlara qarşı azacıq ədalətli, vicdanlı mövqe sərgiləsələr, bu cür hallar olmaz. Ölkədəki haqsızlıq kütləvi xarakter alıb. Buna görə də baş verən intihar hallarına görə konkret bir şəxsi və ya bir nazirliyi ittihm etmək məntiqli görünmür. Haqsızlıq kütləviləşdiyi üçün intiharlar da kütləvi şəkil alıb. Insanlar vəziyyətdən çıxmaq üçün başqa yol görmürlər. Zaur Həsənov olayı zamanı da bildirdim ki, müharibə iştirakçıları ilə bağlı dövlət proqramı hazırlanmalı, müharibə iştirkdır. Bu insanların problemi həll edilmədiyi müddətdə bu cür üzücü olaylar davam edəcək”.
Seymur Əliyev