Bir
müddət öncə mühacirətə getmiş soydaşlarımız haqqında süjet efirə verərək
onların məqsədli şəkildə Azərbaycanda guya təqib olunduqları görüntüsü
yaratmaqla xaricə çıxış fürsəti əldə etməkdə qınayan ANS telekanalını məhkəməyə
verəcəyini bəyan edən yazar, Meydan TV-nin əməkdaşı Günel Mövludun ardından
adıçəkilən telekanal 14 xəbər saytını işgüzar nüfuzuna xələl gətidriklərinə görə
məhkəməyə verəcəyiylə hədələdi. Ancaq deyəsən nə Günel Mövlud, nə də ANS bu məsələdə
sonadək getmək niyyətindədir. Belə olmasaydı üstündən xeyli müddət keçsə də tərəfələrin
məhkəmə dartışmasına şahidlik edərdik...
Moderator.az
ANS-ə qarşı məhkəmə iddiasından əl çəkib-çəkmədiyini öyənmək üçün Günel
Mövludla əlaqə saxlayıb. Yazar bildirib ki, iddiadan imtina etməyib, sadəcə məhkəmə
işləmləri vaxt apardığından prosedura uyğun hərəkət etmək zorundadır, bu da
xeyli vaxt aparır."
ANS-in məhkəmə ilə hədələdiyi saytlardan biri olan AzNews.az saytının baş redaktoru Elçin Zahiroğlu da Moderator.az-a açıqlamasında bildirdi ki, ANS onları məhkəmə ilə hədələsə də iddia ərizəsi almadıqlarından bir şey deməkdə çətinlik çəkir:
"Bununla bağlı bizə hər hansı rəsmi bildiriş gəlməyib.Yəqin ki, yaxın günlərdə gələr. Belə bir fikir var ki, ANS bu iddialarını geri götürəcək. Mənsə hesab edirəm ki, bu baş rməyəcək. Çünki ANS şəxsən bizə qarşı belə bir addım atıb. Əvvəlcə məhkəməyə verib, sonradan məlumat yayıb ki, mətbuata qarşı bütün məhkəmə ittialarını geri götürür. İkinci dəfə belə bir hərəkət edəcəyinə inanmıram. ANS bu addımı ilə özünü ifşa edir. "Dəqiq, qərəzsiz və vicdanlı" devizi ilə çalışdığını bəyan edən bir qurum özu haqqında yazılan informasiyaları belə dəqiqləşdirmədən məhkəməyə üz tutur. Bunlar yəqin axtarış veriblər, hansı saytda öz adlarını görüblər, onları da "qara siyahı"ya salıblar. Yəni artıq qeyri-dəqiqlik, qərəzlilik bunların iş prinsipinə çevrilib"