Tanınmış hüquqşünas Namizəd Səfərov Moderator.az-a açıqlamasında son günlər ənənə halını alan dövlət proqramlarının yaradılmasını tənqid edib.
N.Səfərovun fikrincə, ölkə qanunlarında bütün problemlərin həlli mexanizmi aydın şəkildə göstərilib və belə olan halda qanunların işləməsinə deyil, yeni dövlət proqramlarının yaradılmasına cəhd etmək ictimai rəyi aldatmaqdır: “Qanunların işlədiyi ölkədə dövlət proqramına ehtiyac yoxdur. Bu cür proqramların qəbulu sadəcə gözdən pərdə asmaq məqsədi daşıyır. Habelə bu, öz vəzifəsini yerinə yetirməyən dövlət strukturlarının bəhanəsidir. Ölkədə qanunlar işləməlidir. Həmçinin dövlət strukturları, Nazirlər Kabineti, Prezident Administrasiyası və digər qurumlar qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Qanunlarda aztəminatlı ailələrin, mühribə iştirakçılarının və s. kateqoriyadan olan şəxslərin dövlət tərəfindən himayə edildiyi göstərilir. Qanunlara əks edilən məsələ ilə bağlı yeni dövlət proqramının yaradılmasına heç bir ehtiyac yoxdur. Bu cür dövlət proqramları əlavə vəsait tələb edir. Bu isə yeni israfçlıq və pul oğurluğu deməkdir”.
Seymur Əliyev