Binəqədi rayonuunun ümumtəhsil məktəblərində gənclərin ordu sıralarına hazırlığı, hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində tədbirlərin keçirilməsi ənənə halını alıb. Hər il olduğu kimi bu il də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbirlərə start verilib. Məktəblərdə müəyyən edilmiş silsilə tədbirlər çərçivəsində 13-14 yanvar 2014-cü il tarixlərdə yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və onları ordu sıralarına hazırlamaq məqsədilə 126 saylı tam orta məktəbin atıcılıq tirində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Mahir nişançı” güllə atıcılığı birinciliyi keçirilmişdir. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyilə reallaşan birincilikdə tərkibində 4 oğlan 2 qız olmaqla 96 nəfər X və XI sinif şagirdləri iştirak etmişdir.
Birincilikdə 126 saylı tam orta məktəbin komandası
I, 244 saylı tam orta məktəbin komandası II, 83 saylı məktəb-liseyin komandası
III yerə layiq görülmüşdür. Qalib komandalar Binəqədi Rayon Gənclər və İdman
İdarəsinin diplomlarla təltif edilmişdir.