Nəqliyyat nazirinə qarşı şok iddia
Hərbi ekspert Üzeyir Cəfərov bir neçə gün öncə paytaxtın Nərimanov rayonu ərazisində, 5 saylı xəstəxananın yaxınlığında Nəqliyyat Naziriliyinin müvafiq department işçiləri tərəfindən üzləşdiyi problem və təhqir edilməsiylə bağlı nazir Ziya Məmmədova müraciət etmişdi. Bildirmişdi ki, tədbir görülməsə başqa tədbirlərə əl atmaq zorunda qalacaq. Nazirliyin məbuat katibi namiq Həsənov da hərbi ekspertə günahkarların cəzalandırılmasını söz vermişdi .
Ancaq
Üzeyir Cəfərov deyəsən nazirliyin tədbir görəcəyinə o qədər də çox ümid etmir.
Moderator.az-a açıqlamasında Üzeyir bəy bildirdi ki, bir qədər də gözləyəcək,
ondan sonra lazım bildiyi addımları atacaq, daha doğrusu, indidən o isiqamətdə
hazırlıqlara da başlayıb:
“Nəqliyyat
naziri Ziya Məmmədova verdiyim vaxt düz 2 həftə olacaq. Ancaq indidən mən məhkəməyə
iddia ərizəsini hazırlayıram. İnşallah yanvar ayının sonuna kimi nazir
qarşısında qaldırdığım məsələyə baxılmayacağı təqdirdə mən nazirin özünə qarşı
çox ciddi ittihamlarla iddia qaldırtdıracam. İndiyə kimi mətbuatda olan neqativ
hadisələr, nəqliyyat müfəttişlərinin sürücüləri döymələri, təhqir etmələri və
onlarla digər məsələri də öz məsələmlə birgə ictimailəşdirəcəm. Bu dəfə deyəsən
daş qayaya rast gəlib. Ziya Məmmədov bu rüsvayçılığa son qoymasa güclü ictimai
qinaq olacaq.







