Bu gün ADP Mərkəzi qərargahında “Qarabağ” blokunun növbəti toplantısı keçirilib. ADP mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumata əsasən blok iştirakçıları ölkə həyatının gündəminə daxil olan bir sıra siyasi, sosial-iqtisadi məsələlər ətrafında geniş fikir mübadiləsi aparıb: “Blok iştirakçıları ilk növbədə dövlət başçısının Nazirlər Kabinətində keçirdiyi 2013 cü ilin sosial iqtisadi yekunları ilə bağlı müşavirənin nəticələrinə münasibət bildirib.
Blok iştirakçıları müşavirədə 2013-cü ildə ölkənin inqtisadi inkaşafı, yoxsulluq və işsizliyin aradan qaldırılması, iqtisadi gəlirlərin artması və digər inkişaf templəri ilə bağlı səslənən fikirlərin heç də reallığı əks etdirmədiyini bildib və bu cür iqtisadi təhlillərin ölkənin real vəziyyəti ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb.
2013-cü ilin sosial iqtisadi yekunları üzrə təhlillərə əsaslanan blok iştirakçıları qeyd edib ki, cari ildə ölkə həyatında böyük iqtisadi dəyişiklər baş berməyib, əksinə bu müddət ərzində infilyasiya və qiymət artımı şəraitində əhalinin sosial vəziyyəti daha da ağırlaşıb, az təminatlı ailələr keçən illə müqayisədə daha ağır şərtlər altında yaşamağa məcbur olub, minumum yaşayış yoxsulluq həddindən yuxarı göstəricilərlə müşahidə olunub, işsizliklə bağlı problemlər aradan qaldırılmayıb.
Blok iştirakçıları hakimiyyəti formal iqtisadi göstəriciləri qabartmaqla əsl sosial-iqtisadi vəziyyəti malalayan siyasət deyil, ölkə əhalisinin sosial güzəranın yaxşılaşdırılması, işsizliyin və yoxsulluğun aradan qaldırılması, süni qiymət artımının qarşısının alınması istiqamətində uzaq görən siyasət yürütməyə, neft sahəsi ilə yanaşı qeyri neft sektorunun inkişaf etdirilməsi, uzunömürlü və demoqrafiq siyasətə uyğun iqtisadi doktirina qəbul etməyə və aztəminatlı ailələrin iqtisadi güzəranının qaldırılması, onlara dövlət qayğısının artırılması sahəsində addımlar atmağa, iqtisadi tərəqqiyə stimul verən dövlət proqramı hazırlamağa çağırıb.
Sosial-iqtisadi inkişafın qarşıında ən böyük əngələ çevrilən, dövlətin iqtisadi əsalarını sarsıdan korrupsiya və rüşvətxorluğu aradan qaldırılması ilə bağlı müşavirədə səslənən fikirlərə münasibət bildirən blok iştirakçıları bu istiqamətdə təkcə hüquqi addımların yetərli olmadığını diqqətə çatdırıb və bu bəlaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsinin, iqtisadiyyatda şəffaflığın təmin edilməsinin, korrupsiya ilə mübarizə komissiyasına müxalifətdən və müstəqil ekspertlərdən ibarət şəxslərin cəlb edilməsinin vacibliyini bir daha qeyd edib.
Blok iştirakçıları Ölkə prezidentinin demokratik cümhuriyyətimizin banisi M.Ə. Rəsulzadənin anadan olmasının 130 illiyi ilə bağlı ölkə çapında geniş tədbirlərin keçirilməsi, onun irsinin öyrənilməsi və təbliğinin aparılması haqqında imzaladığı sərəncamın bu günə qədər həyata keçirilməməsi, sərəncamda göstərilən vəzifələrin yerinə yetirilməməsindən ciddi narahat olduğunu bildirib və bu faktı ilk növbədə dövlət başçısının sərəncamına hörmətsizlik və M. Ə Rəsulzadə irsinə laqeyd münasibət kimi dəyərləndirib. Blok iştirakçıları sərəncamın icrasına məsul olan orqan və institutları öz vəzifə borclarını yerinə yetirməyə, M.Ə.Rəsulzadə irsinin öyrəniləməsi, gənc nəsl arasında təbliğ edilməsi, onun xatirəsinin əbədiləşdirilməsi, cümhuriyyət tarixinin araşdırılması istiqamətində real addımlar atmağa və istiqlal bayraqdarı M.Ə.Rəsulzədənin tariximiz qarşısında ölməz xidmətlərini düzgün dəyərləndirməyə çağırıb.
Blok iştirakçıları Müsavat partiyası başqanın müşaviri Y.Sadıqovun 6 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxarılan məhkəmə qərarından ciddi narahat olduğunu ifadə edən bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Qarabağ” bloku, Müsavat başqanı İ.Qəmbərin müşaviri Y.Sadıqovun haqqında çıxarılan ədalətsiz məhkəmə qərarından ciddi narahat olduğunu bildirir və bu qərarın heç də onun haqqında çıxarılan hökmədə göstərilən əməli ilə deyil, sırf siyasi motivlə bağlı olduğunu diqqətə çatdırır. Blok iştirakçıları ölkə başçısını Y.Sadıqovun siyasi motivlə həbs olunması faktından dolayı bu məsələyə qiymət verməyə, onun haqqında çıxarılan ədalətsiz və siyasi sifarişli məhkəmə hökmünə münasibət bildirməyə və ölkədə demokratiya və insan haqlarının qorunması ilə bağlı səsləndirdiyi bəyanatlara sadiqlik göstərərək onun dərhal həbsdən azad olunması üçün addımlar atmağa çağırıb”.
Blok iştirakçıları tanınmış Azərbaycan şahmatçısı, şahmat üzrə beynəlxalq qrosmeyster V.Haşımovun vaxtsız vəfatından dərin üzüntü keçirdiyini bildirib və onun vəfatı ilə əlaqədar doğmalarına, eləcə də xalqımıza baş sağlığı verib”.
Şamil