Bu günlərdə Türkiyədə antikorrupsiya əməliyyatları çərçivəsində
qandallanmış Sədərək Gömrük Keçid Məntəqəsinin sədri Mirməhəmməd Seyidovla
bağlı süjet efirə verən “XəzərTV”nin əməkdaşlarının yanlışlığı üzündən adıçəkilən
şəxsin deyil, məhz onun şərlədərək həbs etdirdiyi keçmiş gömrük əməkdaşının-Məmməd
Qurbanovun şəkli verilib. Bunu özünə qarşı təxribat hesab edən Məmməd
Qurbanovsa Moderator.az-a müraciət edərək telekanalı məhkəməyə verməyə
hazırlaşdığını, yalnız üzrxahlıq ediləcəyi təqdirdə bu iddiadan imtina edə biləcəyini
bildirib.
Moderator.az-a açıqlama verən “XəzərTV”-nin xəbərlər
redaktoru Vüsal Gözəlov yanlışlığa görə Məmməd Qurbanovdan üzr istədiklərini
bildirdi:
“Bu texniki səhvin nəticəsidir. “Google” da axtarış
verdiyimiz zaman səhv şəkil seçmişik, bunun nəticəsində bu problem yaranıb. Biz
bu texniki səhvə görə Məmməd Qurbanovdan üzr istəyirik.”
Xəyal Əzizov