Yeni ildə Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçəcək
Yeni ildə Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejiminə keçəcək. Moderator.az-ın məlumatına görə, bu barədə Dənizkənarı Bulvar İdarənin rəis müavini Nazim Məcidov deyib. O, bildirib ki, Bulvar İdarəsi 28 dekabr 2013-cü ildən 2 yanvar 2014-cü ilədək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Rəsi müavini həmçinin əlavə edib ki, yeni il şənlikləri ilə əlaqədar dekabrın 25-dən etibarən Bakı Bulvarında 10 yerdə küknar ağacı bəzədiləcək və hər bir ağacın yanında isə bir Şaxta Baba və Qar Qız olacaq.
Dənizkənarı Bulvarda olacaq digər yeniliklər barəsində hələlik bir qərarın olmadığını deyən Nazim Məcidov yeniliklər barəsində daha sonra məlumat veriləcəyini deyib. N.Məcidov eyni zamanda Dənizkənarı Bulvarda inşa edilən Şeytan çarxının bu ayın sonuna kimi təhvil verilib verilməcəyinin isə atraksiyonu hazırlayan şirkətdən asılı olduğunu bildirib.









