“Yeni Müsavat” qəzetinə
müsahibə verən Müsavat Partiyası Mərkəzi İcra aparatının rəhbəri Arif Hacılı təşkilatlarının Milli Şurada qalıb-qalmayacağı haqda qərara yaxın günlərdə yenidən baxılacağı barədə açıqlama verib. Maraqlıdır ki, bir neçə gün öncə Müsavat başqanı İsa Qəmbər də Milli Şuranın sessiyasındakı çıxışında Rüstəm İbrahimbəyovun fəxri sədrliyinə etirazını bu formada bəyan etmişdi ki, onlar bu qurumda qalıb-qalmamaq barədə düşünməli olacaqlar...
Maraqlıdır,
Müsavat Partiyası Milli Şuradan gedəcəyi halda bu qurum öz hədəflərinə çata biləcəkmi?
Moderator.az-a açıqlama verən “EL” hərakatının həmtəsisçisi, Milli Şura üzvü
Eldəniz Quliyev Müsavatın qurumu tərk
etməsini arzuolunan hal hesab etmədiyini bildirdi:
“Müsavat
nüfuzlu bir partiyadı, biz birgə hədəflərə daha tez çata bilərdik. Bu
partiyanın birliyimizi tərk etməsi arzuolunan hal deyil. Müsavatın gedişi Milli Şuraya zərbə olsa da
faciə deyil. Bizim hədəflərimiz, strategiyamız, əqidəmiz məlumdur. Öz yolumuzu
getməyə davam edəcəyik. Əsas odur ki, yolun sonunda işıq görsənir və biz o
işığa doğru gedirik.”
Xəyal Əzizov