text-align:justify;line-height:normal;mso-outline-level:2">“Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Miluzda müsəlman intibahının parlaq nümayəndəsi, ilk Azərbaycan şairəsi və qadın şahmatçısı Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş sərgi və konsert təşkil edilib”. Moderator.az Azərtac-a istinadən xəbər verir ki, Miluzun Tanpl San-Etyen kilsəsində təşkil olunan konsertin aparıcısı Alen Tremoliyer Qafqazın mirvarisi olan Azərbaycanın Cənubi Qafqazda qədim İpək yolunun üstündə, Şərqlə Qərb arasındakı strateji qovşaqda yerləşdiyini, bəşəriyyətin beşiklərindən biri kimi dəyərləndirilən zərdüştlüyün vətəni olduğunu xatırladıb.
Daha sonra aparıcı Məhsəti Gəncəvinin Azərbaycanın ikinci böyük şəhəri qədim Gəncədə yaşayıb yaratdığını, Qafqazda ilk dəfə olaraq Gəncənin 2016-cı ildə “Avropanın gənclər paytaxtı” seçildiyini bildirib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Miluzda təşkil olunan konsert və sərginin dahi Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunduğunu diqqətə çatdırıb bu konsert və sərginin 2013-cü ildə nəzərdə tutulmuş tədbirlərin biri olduğunu bildirib. M. Gəncəvinin yalnız şairə deyil, eyni zamanda fəal bir qadın olduğunu diqqətə çatdıran səfir gənc qızları ətrafına toplayıb ədəbi dərnək yaratdığını, onların arasında öz dövrünün tanınmış şairələri yetişdiyini bəyan etdib. E.Əmirbəyov şairənin əsərlərində əks olunan ideyaların və fikirlərin səsləndiyi vaxtdan 900 il keçməsinə baxmayaraq bu gün belə öz aktuallığını itirmədiyini bildirib.
E.Əmirbəyov Parisdə, Reymsdə və Miluzda təşkil olunan sərgilərdə şairənin yaşadığı dövrə məxsus eksponatların nümayiş olunduğunu deyib.
Konsert və sərgidə Miluz meriyasının və Alzas bölgəsinin rəsmləri, deputatlar, senatorlar, şəhər ictimaiyyətinin nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təmsilçiləri iştirak ediblər.
Şamil