Moderator.az Kəpəz TV-yə istinadən xəbər verir ki,
Goranboy Rayon Polis Şöbəsi əməkdaşları rayonun Əzizbəyov kənd sakini Aminə Ələsgərovaya məxsus
ümumi dəyəri 700 manat olan 4 baş xırda buynuzlu heyvanı oğurlayan Ceyhun Həsənov və Vüqar Məmmədovu
saxlayıblar. Goranboy rayon Şıxlar kəndində qeydiyyatda olan, Şəmkir rayonunda
yaşayan şəxslər heyvanları satıb, qayıdarkən tutulublar. Faktla bağlı Goranboy
Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Bu gün
həmçinin Goranboyun Dəliməmmədli şəhərində iki nəfərin xəsarəti ilə nəticələnən
yanğın hadisəsi baş verib. Saat təxminən 14.30 radələrində Akif Qulam oğluna məxsus
evin tövləsində çıxan güclü yanğın nəticəsində 10 başdan çox iri buynuzlu
heyvan tələf olub. Ev yiyəsi və onun həyat yoldaşı Arifə Quliyeva isə xəsarət
aldıqları üçün xəstəxanaya yerləşdiriliblər. Goranboy Rayon Yanğından
Mühafizə hissəsinin və Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları
alovun digər tikililərə keçməsinin qarşısı alıb. İlkin ehtimala görə, yanğın
elektrik naqillərində qısa qapanma ucbatından baş verib.