Ana Vətən Partiyası Mətbuat Xidmətindən Moderator.az-a verilən məlumata görə, 23 noyabr 2013-cü il tarixində Ana Vətən Partiyası (AVP) Gənclər Təşkilatının II Konransı keçirilmişdir. Konfransın işində rayon təşkilatlarından seçilmiş 128 nəfərlik nümayəndə iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı partiya sədri Fəzail Ağamalının təbrikini gənclərin diqqətinə çatdırdı.
Çıxış edən partiyanın gənc üzvləri gənclərin cəmiyyətdəki aparıcı rolundan, onlara dövlətin diqqət və qayğısından, gənclərin ictimai siyasi fəaliyyətinin genişləndirilməsi üçün AVP-də yaradılmış şəraitdən, partiyanın anavətənçi gənclərin qarşısına qoydugu vəsifələrdən, eyni zamanda Azərbaycan gəncliyinin qarşısında duran problemlərdən və onların həlli yollarından bəhs etdilər.
Daha sonra təşkilatı məsələlərə baxıldı. Gənclər Təşkilatının 15 nəfərlik İdarə Heyəti seçildi. Tural Məmmədov AVP Gənclər Təşkilatının sədri, Mikayıl İbrahimov və Hikmət Yusifov sədr müavinləri seçildilər.
Daha sonra AVP Gənclər Təşkilatının yeni əsasnaməsi qəbul edildi.
Yekun nitqi ilə çıxış edən Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov hələ də düşmən işğalında olan Dağlıq Qarabağ, onun ətrafindakı yeddi rayon və Azərbaycanın tarixi torpaqları olan İrəvan haqqında ətraflı danışdı. Q.Əhmədov qeyd etdi ki, həm diplomatik sahədə, həm də hərbi sahədə münaqişənin həlli yolunda əsas yük gənclərin üzərinə düşür.
Konfransın sonunda konfrans iştirakçılarının Azərbaycan gəncliyinə müraciəti qəbul olundu.