Moderator.az anspress-ə istinadən xəbər verir ki, Ö.İbrahimov səhər işə gəlib, mağazaya daxil olduqdan sonra alışqanla siqaret yandırmaq istəyərkən güclü partlayış olub. Partlayışın gücündən mağazanın pəncərələri və qapısı dağılıb.
Ö.İbrahimov müxtəlif dərəcəli yanıq xəsarətləri alan Zaqatala Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Partlayış nəticəsində Ö.İbrahimovun sifətindən və hər iki əlindən II və III dərəcəli yanıq xəsarəti alıb.
Fövqəladə Hallar Nazirliyi Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsi və rayon hüquq-mühafizə orqanlarının əməkdaşları işçiləri hadisə yerində partlayışın baş vermə səbəblərini araşdırılır.
Mağazanın yerləşdiyi ərazidən təbii qaz xətti keçdiyindən mağazada baş verən partlayışa qaz sızmasının səbəb ola biləcəyi ehtimal edilir.