Moderato.az xəbər verir ki, MTN-in keçirdiyi əməliyyatdan sonra həbs olunan özünü “Şeyx Mirzahmad Əl-Qusari” adı verən Mirzəhməd Rüstəmov Azərbaycanda şiələrə qarşı “cihad” etmək istəyirmiş. O, «facebook» sosial şəbəkəsində “Enekin Skayvoker” adı ilə qeydiyyatdan keçmiş və səhifəsindəki fotoşəklin altında Azərbaycanda dini nifrət və ayrıseçkilik zəminində qarşıdurma yaratmaq məqsədilə İslam dininin şiə təriqətinə mənsub olanlara qarşı “cihad etmək haqda fətva”, təhqir və hədə dolu digər ifadələrlə yanaşı, Bakıda fəaliyyət göstərən “Məşədi Dadaş” məscidinin axundu Həsənov Şahin Hüseyn oğlunun qətlə yetirilməsi barədə çağırışlar edirmiş.
Qeyd edək ki, sözügedən əməliyyatda Mirzəhməd Rüstəmovla yanaşı özünü “əmir Fərman Çətin” kimi təqdim edən Nəriman Mirzəyev də həbs olunub.