Məlum olduğu kimi“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı Ədliyyə nazirliyi Penitensiar Xidməti məhkəməyə verib. Buna səbəb Alyansın sorğu və müraciətlərini adı çəkilən qurumun cavablandırmamasıdır. Belə ki, bir müddət öncə “Həbs yerlərində saxlanma şəraiti vəməhbusların hüquqları ilə bağlı mövcud vəziyyətə dair”ilk hesabatını hazırlayan “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı bəzi sualların cavablandırılması, eləcə də Alyans üzvlərinin həbs yerlərinə daxil olub monitorinq aparmaq, dustaqlarla görüşüb onları narahat edən problemlərin araşdırılması ilə bağlı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə rəsmi müraciət etmişdi. Lakin Penitensiar Xidmət informasiya sorğusunu cavablandırmamış, həbs yerlərində monitorinq aparmaq təşəbbüsünə isə icazə verməmişdir.
Moderator.az-ın verdiyi xəbərə görə, Alyansın
Penitensiar Xidmətə qarşı olan iddia ərizəsi cari ilin iyun ayından 1 saylı
Bakı İnzibati İqtisadi Məhkəmədə icraata götürülüb. İşə hakim Şərafət Məmmədova
baxıb. 5 ay davam edən məhkəmə prosesinə bu gün yekun vurulub. Məhkəmə
prosesində Penitensiar Xidmətin nümayəndəsi və iddiaçı, “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev iştirak edib. Hakim Şərafət Məmmədova
heç bir fikir bildirmədən və əsaslandırma aparmadan iddianı təmin etməyib. Hüquq- müdafiəçisi Oqtay Gülalıyevməhkəmənin
qərarını qanunsuz hesab edib və bildirib ki, informasiya sorğusunu
cavablandırmaq elementar hüquqi prosedurdur və qanunla, eləcə də qüvvədə olan
Azərbaycan respublikasının Konstitusiyasında
təsbit olunub; “Təəssüf doğuran haldır ki, Azərbaycanda hüquqi nihilizm
baş alıb gedir. Məhkəmələr icra qurumlarından, nazirliklərdən tam asılı vəziyyətdədirlər.
İnformasiya sorğusunu cavablandırmaq hər bir vəzifəli şəxsin, dövlət qurumunun
vəzifəsidir. Təəssüf ki. məhkəmələr bir çox hallarda qanunu deyil, vəzifəsini
icra eləməkdən imtina edən məmurları müdafiə edir. Nəzərə alanda ki, sorğularda
verilən sualların çoxu ictimai vəsait
olan dövlət büdcəsindən xərcləmələrlə bağlıdır məhkəmələrin bu iddiaları təmin
etməməsi acınacaqlı vəziyyət yaradır. Bütün bunlara baxmayaraq biz məhkəmənin
qanunsuz qərarından Apelliyasiya şikayəti verəcəyik və mübarizəmizi davam etdirəcəyik”
Xatırladaq ki, “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansıtərəfindən Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan
informasiya sorğusunda “İnformasiya əldə
etmək haqqında” Qanuna uyğun şəkildə aşağıdakı suallları cavablandırılması istənilirdi;
1.
Azərbaycan
respublikası ərazisində Ədliyyə nazirliyinin tabeliyində nə qədər İstintaq Təcridxanaları
və Cəza Çəkmə Müəssisələri var?
2.
İstintaq
Təcridxanaları və Cəza Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti və
dustaqların saxlanma şəraiti necədir? Hazırda hansı rayonlarda nə qədər yeni həbsxanalar
inşa olunur?
3.
İstintaq
Təcridxanası və Cəza Çəkmə Müəssisələrində ümumilikdə nə qədər dustaq cəza çəkir?
4.
“Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun həbs yerlərində tətbiq olunması istiqamətində
son zamanlar hansı addımlar atılır?
5.
Penitensiar
Xidmətin əməkdaşları tərəfindən bir çox hüquq müdafiəçilərinə və məhbusların
yaxınlarına həbsdə saxlanılan şəxslərlə görüşünə niyə icazə verilmir?
6.
Məhbusların
saxlanma şəraitinin yaxşılaşdırılması üçün son illər hansı tədbirlər həyata
keçirilib?
7.
Məhbusların
qida təminatının yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial
problemlərin həlli ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən nə
qədər vəsait ayrılıb və bu vəsaitlər hansı istiqamətdə xərclənib? Bir məhbusun
saxlanması üçün büdcədən təxminən hansı həcmdə vəsait ayrılır?
8.
2012-
cü ildə həbs yerlərində nə qədər məhbus dünyasını dəyişib?
9.
2012-
ci ildə nə qədər məhbus Penitensiar Xidmətin Müalicə Müəssisəsinə göndərilib və
nə qədər məhbus müalicə alıb?
10. Məhbuslar daha çox hansı xəstəliklərlə bağlı şikayət
edir və tibb müəsissəsinə köçürülür?
Qeyd edək
ki,“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı 2012- ci ilin avqust ayında
bir qrup keçmiş vicdan məhbusu və hüquq müdafiəçiləri tərəfindən yaradılıb.
Qurumun məqsədi həbs yerlərində saxlanma şəraitinin yaxşılaşdırılmasına nail
olmaq, ictimai- siyasi fəaliyyətinə görə qanunsuz həbs olunmuş məhbusların
hüquqlarını qorumaqdır.