Azərbaycan Xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Moskvaya yola düşəcək.XİN mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, səfərdə məqsəd noyabrın 21-22-də Moskvada keçiriləcək Xəzər dənizinin hüquqi statusunu müəyyən edən konvensiyanın hazırlanması üzrə Xəzəryanı ölkələin Xarici işlər nazirlərinin müavini səviyyəsində yaradılmış İşçi qrupun 34-cü iclasında iştirak etməkdir.
İclasda beş Xəzəryanı ölkənin- Azərbaycan, Rusiya, Qazaxstan, Türkmənistan və İranın nümayəndə heyəti iştirak edəcək.Toplantının açılış mərasimində RF Xarici işlər naziri Sergey Lavrov çıxış edəcək.
İşçi qrupun iclasında əsas müzakirə predmeti Konvensiya üzərində iş parmaqla yanaşı 2014-cü ildə Rusiyada keçirilməsi nəzərdə tutulan 4-cü Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə görüşünə hazırlıqla bağlı aktual məsələlər müzakirə olunacaq.