Məlum olduğu kimi Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə
namizədi, professor Cəmil Həsənli ABŞ-a səfərə çıxıb. Moderator.az-ın verdiyi xəbərə görə, səfərə qardaş
Türkiyədən başlayan C. Həsənli hazırda Ankaradadır. Milli Şuranın Mətbuat Xidmətinə
səfəri ilə bağlı məlumat verən Cəmil Həsənli bildirib ki, bu gün Ankarada
keçirilən bir konfransda iştirak edəcək və sabah ABŞ- a səfərini davam etdirəcək:
"Hələ ki, Ankaradayam və burada "90 yilinda Lozan ve Turkiye
Cumhuriyyeti" adli Atatürk Araşdırma Mərkəzi və Ankara Hacıtəpə
Universitetinin birgə keçirdiyi bir konfransda məruzəm var. Eyni zamanda gunortadan sonra keçiriləcək bir
iclasa sədrlik edəcəm. Noyabrin 14-ü burdan Vaşinqtona uçacam.”
Milli Şuranın üzvü, professor Cəmil Həsənlinin ABŞ
səfəri, keçirdiyi görüşlər və qatıldığı tədbirlər barədə KİV üçün əlavə məlumatlar
veriləcək.