Noyabrın 12-də “Yeni Müsavat” qəzetinin redaksiyasında qəzetə abunə yazılışı marafonu start götürdü. Marafona ölkənin tanınmış ictimai-siyasi xadimləri, ziyalılar, gənc fəallar və digər vətəndaş cəmiyyəti təmsilçiləri, o cümlədən sadə vətəndaşlar qatıldılar. Maraqlıdır, dünənki marafon qəzet rəhbərliyinin gözləntilərini doğruldubmu?
Moderator.az-a
açıqlama verən “Yeni Müsavat” qəzetinin baş redaktorun birinci müavini Azər Ayxan marafonun
yüksək səviyyədə keçdiyini bildirdi:
“Dünənki
tədbir biz gözlədiyimiz kimi yüksək səviyədə keçdi. Cəmiyyətin bütün
təbəqələri bu marafonda iştirak edərək qəzetimizə dəstək oldu. İnsanlar bizə
açıq şəkildə bildirdi ki, “Yeni Müsavat”ın yaşaması həm də onlar üçün çox
vacibdir. Mən bunu Azərbaycan
ziyalısının, yazarının, ictimai sektor nümayəndəsinin haqlı düşüncəsi hesab
edirəm.”
Azər Ayxan
həmçinin dünənki marafonda qəzetə abunə olanların sayını da açıqladı:
Dünən iş
gününün sonuna kimi qəzetimizə abunəçilər axışmağa davam edirdi. Yekun
hesablamalarımızdan sonra məlum oldu ki, 12 noyabr marafonunda qəzetimiz 1100
abunəçi qazandı.”
Xəyal Əzizov