Keçmiş müdafiə naziri Rəhim Qazıyev Moderator.az-a müsahibəsində çoxsaylı maraqlı faktlar dilə gətirib. Onlardan biri də 1993-cü ilin 4-5 aprelində-Kəlbəcərin işğalından dərhal sonra onun, Pənah Hüseynin və Abbas Abbasovun Rusiyanın müdafiə naziri Pavel Qraçovla görüşmək üçün getdikləri Moskvada təsadüfən səfirliyimizdə indiki prezident, o vaxt Rusiya paytaxtında yaşayan və işləyən İlham Əliyevlə rastlaşması, ayaqüstü söhbət etməsidir. Maraqlıdır, görəsən İlham Əliyevin səfirliyimizə ziyarətindən və hansısa tədbirə qatılacağından o vaxt Rusiyadakı səfirimiz Hikmət Hacızadınin xəbəri olubmu? Ümumiyyətlə, onlar tanışdırlarmı? İlham Əliyev tez-tezmi səfirliyiə gəlirmiş?
Keçmiş
səfir Hikmət Hacızadə Moderator.az-a açıqlamasında bildirdi ki, Rəhim Qazıyevin
iddia etdiyi həmin görüşdən və ümumiyyətlə İlham Əliyevin səfirliyə gəlişindən
xəbəri olmayıb: “Söhbət ondan gedir ki, səfirliyin ictimaiyyətə açıq tərəfi də
vardı. Orda restoran, mehmanxana və holl var idi və istənilən adam icazə almadan
gəlib orda kiminləsə görüşə bilirdi. Mənim səfir işlədiyim dövrdə ümumiyyətlə
İlham Əliyevlə hər hansı formada təmasım və tanışlığım olmayıb.”