Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin
inauqurasiya mərasiminə sabiq prezident Eduard Şevardnadze və fəaliyyətdə olan
dövlət başçısı Mixail Saakaşvili də dəvət olunub.
Moderator.az-ın
“Qruziya onlayn”a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın xarici
işlər naziri Mayya Pancikidze bildirib. Onun sözlərinə görə, noyabrın 17-də baş
tutacaq mərasimə əksər Avropa ölkələrindən olan nümayəndə heyətləri gələcək:
“Adətən andiçmə mərasimi parlament binasında keçirilirdi. Lakin bu dəfə çoxlu
sayda nümayəndə iştirak etdiyindən biz optimal variant kimi binanın həyətini qəbul
etdik. Andiçmə mərasimi həyətdə keçiriləcək”.
M.Pancikidze
bildirib ki, Eduard Şevarnadze və Mixail Saakaşviliyə də inauqurasiya mərasiminə
dəvət olunublar. Lakin onlar iştirak edib-etməyəcəkləri ilə bağlı heç bir şey
bildirməyiblər.
Xatırladaq ki, dəvətlilər
arasında Rusiya nümayəndə heyəti olmayacaq. Buna səbəb isə Gürcüstanın bu ölkə
ilə diplomatik münasibətinin olmamasıdır.