Gürcüstanda dünən baş tutan seçkilərdə "Gürcü arzusu" koalisiyasından prezidentliyə namizəd olan və qalib gələn Georgi Marqvelaşvilinin 44 yaşı var.
Moderator.az xəbər verir ki, o, 4 sentyabr 1969-cu ildə Tiflisdə anadan olub. Yeni prezident 1992-ci ildə Tiflis Dövlət Universitetinin məzunu olub. 1993-1994-cü illlərdə isə Budapeştdəki Mərkəzi Avropa Universitetində təhsilini davam etdirib. Fəlsəfə doktorudur.
O, bir çox azərbaycanlı gəncin təhsil aldığı GİPA-nın 2 dəfə (Gürcüstanda İctimai Əlaqələr İnstitutunda) rektoru olub.
2003-cü ildən siyasətə başlayan Marqvelaşvili ötən il Bidzina İvanişvili hökumətinin təhsil naziri təyin edilib.
Fevral ayında isə Georgi Marqvelaşvili baş nazirin müavini olub.
Maraqlıdır ki, özü heç bir partiyanın üzvü deyil.
Yeni prezidentin ilk evliliyindən bir qızı olsa da, hazırda subaydır.
Fotolar" src="//old.moderator.az/fotobaza/original/693.jpg">Fotolar" src="//old.moderator.az/fotobaza/original/694.jpg">Fotolar" src="//old.moderator.az/fotobaza/original/695.jpg">