Yenicə fəaliyyətə başlamış axar.az saytının xanım əməkdaşı Sona Yaqubova döyülüb. Moderator.az-ın məlumatına görə xanım jurnalsiti döyən hüquqşünas, Facebook fəalı Mehman Muradlıdır. Hər şey Sona Yaqubovanın bu statusundan başlayıb: “Oğuzxanın müəllimi deyib ki, uşaqlar hava soyuyub, sinifdə üşüyürsüz, hansınızın evində artıq tok peçi var gətirin. Dedim, sabah denən: -- Müəllimə, birin də bizim ev üçün dilən. Necə olsa Azərbaycan müəllimisən, dilənəməyə alışıksın sən”.
Mehman Muradlı bu statusu paylaşaraq belə bir şərh yazıb: “Bu əxlaqla, bu savadla adam jurnalist işləyir. “bravo” deyirəm, başqa heç nə demirəm”. Bundan sonra isə Sona Yaqubova status yazaraq Mehman Muradlını və həyat yoldaşı, jurnalist Günay Muradlını əxlaqsızlıqda günahlandırıb...
Və səhəri gün axar.az-ın redaksiyasına gələn Mehman Muradlı Sona Yaqubovanı döyüb. Qeyd edək ki, axar.az sabiq millət vəkili Aynur Camalqızının layihəsidir.
Sona Yaqubova Facebook statusunda döyülməsini dolayısı ilə təsdiqləyib: "Oğuzxanın atasına zəng vurub demek istəyirəm ki,"Gəl al bu cəmiyyətin əlindən məni, apar özün döy" Fərd yoxsa kütlə tərəfindən döyülmək arasında seçim etməkdən başqa yolumuz yoxdu. Səmimi qəlbdən nifrət edirəm mentalitet adıyla həyatımızı məhv edən vəhşiliyə".